Vaxtsız ölən xanımının fotosunu cibində gəzdirirdi - Mirzə dayı haqqında bilmədiklərimiz

Bu gün Xalq artisti Mirzə Babayevin doğum günüdür.

Kulis.az bildirir ki, bu münasibətlə unudulmaz ifaçı haqqında maraqlı faktları təqdim edir.

1. Hökməlidə doğulub, anası Sonaxanım bəy ailəsindən olub.

Mirzə Babayev müharibədə iştirak edib. Rostovda döyüşüb, müharibədən leytenant rütbəsi və orden-medallarla qayıdıb.

2. Sənət cameəsinin Mirzə dayısı ixtisasca memar idi. Bakıda bir çox binaların, o cümlədən Nizami adına Ədəbiyyat muzeyinin, Vətən kinoteatrının layihə müəlliflərindən olub.

3. İlk dəfə Tofiq Quliyevin yaratdığı caz orkestrində çıxış edib. "Tofiq Quliyev olmasaydı, mən memar kimi davam edəcəkdim" deyirdi.

4. Mirzə Babayev Azərbaycanda ironik, zarafatyana mahnıların ilk, bəlkə də yeganə şanson ifaçısıdır. Məsələn, "Bir utan qızına aşiq olarmı adam", "Mən səni sevirəm" mahnıları zamanında əvəzsiz üslub idi. Mirzədə artistizm çox güclü idi və mahnını kiçik tamaşaya, özünü bədii qəhrəmana çevirə bilirdi.

5. Bir dəfə Qarabağın ucqar kəndlərindən birinə, zəhmətkeşlər qarşısında konsert verməyə gedib. Tamaşaçıların arasından bir ağsaqqal çıxıb deyib: "Əgər "Kəpənək" mahnısını oxumayacaqsansa, camaatı konsertə buraxaq". Mirzə gülüb, razılaşıb. Uzun zaman adamlar yaşlı-başlı kişinin kəpənək dalınca qaçmasını qəbul edə bilmir, mahnının əsl mahiyyətini anlamayıb onu lağa qoyurdular.

6. Həyat yoldaşı əslən şuşalı Güllü xanım vaxtsız rəhmətə gedib. Mirzə onu o qədər çox sevirmiş ki, ondan sonra evlənməyib. Şəklini isə həmişə üstündə gəzdirirmiş. Və söz düşəndə dostlarına göstərirmiş: "Görün necə gözəldir?"

7. Çoxu bilmir ki, "O olmasın, bu olsun filmində Məşədi İbadın dilindən oxunan mahnıları Mirzə oxuyub. Ümumiyyətlə, bir çox Azərbaycan filmlərində mahnıları Mirzə Babayev ifa edib.

8. 50-yə yaxın filmə çəkilib, bunların çoxunda aktyor kimi iştirak edib. Rollarını o qədər canlı oynayıb ki, dediyi sözlər dillər əzbərinə çevrilib. Dərviş Məstəli şah ("Dərviş Parisi partladır"), Mirişin atası ("Bəyin oğurlanması"), Meyxanaçı (""Dəli Kür"), Bəy ("Qaraca qız") ən məşhur rollarındandır. Dərvişin ekranda göründüyü ilk epizodda oxuduğu mahnı ssenaridə yox imiş, o mahnını Tofiq Quliyev Mirzə Babayevin çəkiləcəyini biləndən sonra yazıb.

9. Mirzə Babayev ən uzunömürlü müğənnilərimizdəndir. Olduqca pozitiv insan olub. Görənlərə həyat eşqi aşılayıb. O, söz vermişdi ki, 100 yaşında səhnəyə çıxıb oxuyacaq. "Atam 105 il, nənəm isə 127 il yaşayıb. Mən də nənəm kimi 130 il yaşayacağam". Amma o, 89 yaşında balıqdan zəhərlənir və Bakı Dövlət Universitetinin qarşısında konsert verərkən, səhnədə huşunu itirib yıxılır. Müalicə alıb sağalsa da, artıq əvvəlki adam deyildi.

10. Kimlər gəldi, kimlər getdi bu dünyadan

Arif olan nakam getməz bu dünyadan...

Bu mahnını Mirzə Babayev qədər ürəkdən oxuyan olmayıb. Ürəkdən oxuyurdu, oxuduqlarına inanırdı və həyatını da o cür yaşayırdı. Mahnıda deyildiyi kimi, bu dünyadan nakam getmədi. Həm sənətkar, həm də insan kimi unudulmaz ömür yaşadı.


loading...

Sizdə baş ağrısı, ürəkbulanması, qusma varsa... Beyin şişlərinin səbəbləri, simptomları və müalicəsi

HƏKİMLƏR

Kəmalə Rəhimova

Kəmalə Rəhimova

Mammologiya

Mammoloq-onkoloq İş stajı - 10 il

Ətraflı...
Azər Şamilov

Azər Şamilov

Dermatologiya

Dermatoloq-kosmetoloq İş stajı: 14 il

Ətraflı...
Vaqif Yaqubov

Vaqif Yaqubov

Manual terapiya

Vertebro-nevroloq, manual terapevt Tibb üzrə fəlsəfə doktoru İş stajı – 15 il

Ətraflı...

 


Яндекс.Метрика