Arıqlamanın cərrahi üsulu - VİDEO

Arıqlamanın müxtəlif üsulları mövcuddur. Bu üsulların arasında cərrahi üsullar da var.

Onlardan biri - mədəyə bandajın (xüsusi halqa) qoyulması.

Əməliyyat laparoskopik üsulu ilə həyata keçirilir. Əməliyyat zamanı mədənin yuxarı hissəsinə bandaj qoyulur və nəticədə mədə sanki iki hissəyə bölünür - kiçik və böyük hissələr. Bunların arasında 1 sm diametrində daranma olur. Qəbul olunmuş qida mədənin kiçik hissəsinə düşür və insanda çox tez doyma hissi yaranır. Məsələ burasındadır ki, beyinə doyma haqqında siqnal göndərən reseptorlar mədənin yuxarı hissəsində yerləşir. Nəticədə beyin siqnal alır ki, mədə artıq dolub və insan toxdur. Çox az miqdarda qida qəbul edən insan özünü tox hiss edir və bu ona tez arıqlamağa imkan verir.

Bu arıqlama üsulu çox tez arıqlamağa imkan verir. Lakin onun müəyyən əks göstərişləri var. Əməliyyatdan sonra pasient daim həkimlərin nəzarətində qalmalı, öz həyatında müəyyən dəyişikliklər etməlidir və s.

 

Saglamolun.Az