Bu uşaqlara televizora baxmaq və telefon VERMƏK OLMAZ!

Türkiyəli uşaq və yeniyetmə psixiatrı Hozan Saatçıoğlu uşaqların elektron cihazlardan istifadəsi ilə bağlı valideynlərə xəbərdarlıq edib.              

Redaktor.az-ın məlumatına görə, psixiatr açıqlamasında qeyd edib ki, uşaqlar 1,5 yaşından sonra ünsiyyət qura bilmir, göz təmasından qaçır və adını çəkəndə reaksiya vermirsə, autizm ehtimalı yarana bilər. Buna görə də 2 yaşdan aşağı uşaqları kompüter və televizordan uzaq tutmaq lazımdır.

Psixiatr bildirib ki, autizm beynin inkişafı ilə bağlı pozuntular nəticəsində yaransa da, dəqiq səbəbi bilinmir:

"Autizmli uşaqlarda eyni hərəkətin tez-tez təkrarlanması və maraqlarını çəkən məsələlərin az olması diqqət çəkən amillərdəndir. Autizmə meylli uşaqlar televizor, mobil telefon, planşet kimi elektron cihazlara daha çox maraq göstərirlər. Uşağınızda autizm xəstəliyinin yaranmamasını istəyirsinizsə, hər dəfə ağlayanda susdurmaq üçün onun əlinə mobil telefon verməyin".

Saglamolun.Az




loading...

KÖRPƏLƏRƏ BAXIM ZAMANI ANALARIN ƏN YAYILMIŞ SƏHVLƏRİ

HƏKİMLƏR

İsmixan Mətiyev

İsmixan Mətiyev

Travmatologiya

Travmatoloq-ortoped Tibb elmləri namizədi İş stajı - 20 il

Ətraflı...
Cavid Musazadə

Cavid Musazadə

Travmatologiya

Travmatoloq-ortoped (cərrah) Əmək stajı - 8 il

Ətraflı...
Aynur Səfiyeva

Aynur Səfiyeva

Proktologiya

Ümumi cərrah, kolorektal cərrahiyyə üzrə mütəxəssis Avropa Koloproktoloji Assosiasiyasının ilk milli...

Ətraflı...

 


Яндекс.Метрика