Nitqi qüsurlu uşaqların sayı nə üçün artıb? Psixoloq izah edir

Müasir dövrdə ən çox rast gəlinən problemlərdən biri uşaqlarda nitqin vaxtında inkişaf etməməsidir.

Valideynlər övladlarının danışmamasından, yaxud danışarkən nitqin qüsurları olmasından şikayət edirlər. Ötən əsrin 70-ci illərində həmin problem yalnız dörd faiz uşaqda müşahidə edilirdisə, hazırda bu rəqəm altı dəfə artıb.

“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin uşaq psixoloqu Kamal Camalov AZƏRTAC-a verdiyi müsahibədə deyib: “Nitq qüsurlarının səbəbləri arasında süjetsiz cizgi filmlərində olan işıq effektləri və hərəkət dinamikası ön sırada dayanır. Başqa səbəblərə doğuş travmaları, ata-ana arasında olan qan qohumluğu, sosial fon, evdə valideynlərin müxtəlif dildə danışmasını aid etmək olar.

Nitq qüsurlu insanların əksəriyyətində özünəinam hissi zəif olur. Adətən bu problemə uşaq yaşlarında daha çox təsadüf edilir. Uşaqlarda onun bir neçə formasına rast gəlmək mümkündür”.

Nitq qüsurunun formalarını sadalayaraq psixoloq deyib: “Bu problem bir neçə hissəyə bölünür. Allaliya–baş beynin hər hansı bir hissəsinin inkişafdan qalması və yaxud patologiyası səbəbindən nitqin olmamasıdır. Dizartriya - mərkəzi sinir sistemində güclü zədələnmələr nəticəsində baş verir və uşaqlarda tənəffüs zamanı sözün bir hissəsi tamamilə itir. Bəzi dizartriyaları dislaliliyalarla qarışdırırlar, lakin dizartriyalarda sözün bir hissəsi itir, dislaliyalarda isə hərf dəyişdirilir. Nitq patologiyasının səbəblərindən biri də dislaliyadır ki, bu zaman sözlərdə hərfin ifadəsi dəyişir. Rinolaliya - burun-udlaqda adenoidlər və ya burun çəpərində yaranan əyrilik nəticəsində sait səslər ağızdan yox, burundan ifadə olunur. Buna tın-tın danışmaq da deyirlər. Loqonevroz, yəni kəkələmə söz axınının, səs tembrinin və yaxud heca ritminin pozulmasıdır. Bu forma getdikcə ağırlaşmağa meyilli olur. Nitq problemlərinin patogenetik səbəbləri də müxtəlif olur: uşaqla valideyn arasında əlaqənin olmaması, yaxud zəif olması, beyin qabığının ləng inkişafı və somatik xəstəliklər”.

Psixoloqun dediyinə görə, nitq qüsurunun əmələgəlmə səbəblərindən biri də autizm sindromudur: “Normal uşaqlarda 1 yaşında göstərici- barmaq formalaşır, yəni uşaq istədiyini barmağı ilə göstərir, 2 yaşına doğru isə nitqi formalaşır, fikrini sözlər və qısa cümlələrlə ifadə edir. Autizmli uşaqların isə öz dünyası olur. Onlar ətraf mühitdən təcrid olunur, bir hərəkətin, yaxud bir əşyanın üzərində təkrarlayıcı hərəkətlər edirlər. Bu uşaqların söz ehtiyatı yalınız bir-iki sözdən ibarət olur və həmin sözlər daim təkrarlanır. Belə uşaqlar mütləq psixiatr və nevropotoloq müayinəsindən keçirilməlidir. Müraciət nə qədər erkən olsa, səmərəsi də bir o qədər tez alınar.

Müalicədə dərman preparatları ilə yanaşı, həkim-loqopedin hər uşaq üçün ayrıca hazırlanan fərdi məşqləri də faydalıdır. Uşaqlarda nitq qüsuru hiperaktivlik, çox əsəbilik fonunda yarandıqda ona sedativ preparatlar təyin edilir”.


loading...

Sizdə baş ağrısı, ürəkbulanması, qusma varsa... Beyin şişlərinin səbəbləri, simptomları və müalicəsi

HƏKİMLƏR

Araz Salmanov

Araz Salmanov

Plastik cərrahiyyə

Plastik, Rekonstruktiv və Estetik cərrah, uzman İş stajı - 17 il

Ətraflı...
Əminə Allahverdiyeva

Əminə Allahverdiyeva

Ginekologiya

Cərrah-ginekoloq-seksopatoloq İş stajı - 13 il

Ətraflı...
Pərvanə Mahmudova

Pərvanə Mahmudova

Ginekologiya

Cərrah, mama-ginekoloq İş stajı - 15 il

Ətraflı...

 


Яндекс.Метрика