Arterial təzyiq kimlərdə daim ölçülməlidir?

Yüksək arterial təzyiqin bir çox hallarda heç bir əlaməti olmadığı üçün xəstə bu barədə məlumatsız ola bilər.

Buna görə də hər bir insan ən azı 3 ildən bir mütləq təzyiqini ölçməlidir.

Saglamolun.az e-tibb.az-a istinadən bildirir ki, bu barədə Səhiyyə Nazirliyinin İctiami Səhiyyə və İslahatlar Mərkəzinin açıqladığı məlumatda deyilir.

Qeyd olunub ki, arterial qan təzyiq bəzi əhali qruplarında daha tez-tez yoxlanmalıdır.

Bura qruplara kimlər aiddir?

- Yaşı 45-dən yuxarı olanlar

- Şəkərli diabet xəstələri

- Hamilə qadınlar

- Klimakterik dövrdə olan qadınlar

- Artıq bədən çəkisi olanlar

- Zərərli vərdişləri olanlar

- Əvvəllər heç olmazsa, bir dəfə təzyiq göstəriciləri 140/90 mm. c.st. olanlar. 

Saglamolun.Az