25 mart 2014-cü ildə "Buta design" şirkəti və şirkətin layihəsi olan saglamolun.az tibbi məlumat portalı tərəfindən hazırlanmış "Bilikli ana - sağlam uşaq" aksiyası "Tom & Jerri" uşaq əyləncə mərkəzində keçirildi.
Bu aksiya çərçivəsində orada toplaşan cavan analara və ana olmağa hazırlaşan qadınlara "Buta design" tərəfindən dərc olunmuş çox dəyərli və faydalı məlumatlarla zəngin olan "Hamiləlik. Doğuş. 1 yaşına qədər körpələrə qulluq", "İlk günündən 1 yaşına qədər körpələrin qidalandırılması" və "Uşağın sağlamlığı" adlı kitabları hədiyyə etməklə bayram sevincinə sevinc qatdı.
Tədbiri açan "Buta design" şirkətinin nümayəndəsi auditoriyaya şirkətin və keçirilən aksiyanın ən əsas məqsədini çatdırdı: "Hər bir anaya övladının sağlamlığından dəyərli heç nə ola bilməz. Lakin övladlarımızın sağlamlığına nə dərəcədə düzgün nəzarət edə bilirik? Hər bir ana uşağın sağlamlığı ilə bağlı olan müxtəlif problemlərlə qarşılaşır. Həllini isə tapmaq çox da asan olmur. "Buta dizayn" şirkəti cox vacib bir missiyanı öz üzərinə götürüb. Nəşr etdiyimiz kitablar sağlamlıqla bağlı bütün mövzuları əhatə edir. Əsas məqsədimiz vətəndaşlarımızı, xüsusilə da analarımızı, bu mövzularda maarifləndirməkdir. Ananın tibb mövzusunda bilikli olması, vaxtında həkimlərə müraciət etməsi gələcəkdə baş verə biləcək ciddi fəsadların qarşısını alacaq və uşağın sağlam böyüməsinə təminat verəcək. Həyata keçirdiyimiz "Bilikli ana - sağlam uşaq" adlı aksiya çərçivəsində xanımlarımıza bü faydalı kitabları hədiyyə etdi. Oxuyun, məlumatlanın, sağlam olun!"
Aksiya çox böyük maraqla qarşılandı. Əyləncə mərkəzində toplaşmış qadınların bir çox hissəsi kitabları cox böyük həvəslə vərəqləməyə və oxumağa başladılar.
Saglamolun.Az