Saglamolun.az Tibbi məlumat portalı 19 dekabr 2014-cü ildə "Bakı Biznes Mərkəzində" keçirilən "Millinet" İnternet mükafatının "Ailə, uşaq, sağlamlıq" nominasiyasında 1-ci yerə layiq görüldü.
"Millinet" Milli internet mükafatı ölkədə artıq 6-cı ildir keçirilir. 2014-cü ildə müsabiqədə 300-ə yaxın sayt iştirak etmiş, 14 nominasiya üzrə qaliblər seiçilmişdir.
2011-ci il may ayından fəaliyyətə başlayan Saglamolun.az Tibbi məlumat portalı sağlamlıq, sağlam həyat tərzi və s. mövzularda insanların maarifləndirilməsi fəaliyyətinə görə 2014-cü ildə 2 internet mükafatına layıq görülmuşdür.
Bundan əvvəl 11 iyun 2014-cü ildə saytımız NETTY Azərbaycan Milli İnternet Mükafatının "İnformasiya və xəbərlər" nominasiyasında 1-ci yerə layıq görülmüşdür. "Millinet" mükafatı bizim növbəti uğurumuzdur.
Saglamolun.az saytı Azərbaycan tibbi saytlar reytinqlərində istifadəçi sayına görə digər tibbi saytlarla müqayisədə böyük fərqlə irəlidədir.
Bütün kollektivimizi təbrik edirik, MilliNet İnternet Mükafatının Təşkilat Komitəsinə ədalətli qərara görə dərin minnətdarlığımızı bildiririk.
Daha ətraflı məlumatı MilliNetin rəsmi saytından ala bilərsiniz:
Saglamolun.Az