Saglamolun.az tibbi məlumat portalı 11 iyun 2014-cü il tarixində "İnformasiya və xəbərlər" nominasiyasında NETTY Azərbaycan Milli İnternet Mükafatına layiq görüldü.
Nəzərinizə çatdıraq ki, NETTY Azərbaycan Milli İnternet Mükafatı informasiya texnologiyalar sahəsində Azərbaycanın birinci peşəkar mükafatıdır. Mükafat 2004-cü ildə təsis edilmişdir və bu il NETTY öz 10 illik yubileyini qeyd edirdi. Mükafatın təsisçiləri və münsifləri arasında Azərbaycanın informasiya texnologiyaları səhəsində tanınmış və böyük əməyi olan insanlardır.
Saytımızın fəaliyyətinin expertlər və web-akademiklərin tərəfindən belə yüksək qiymətləndirilməsi çox sevindirici bir haldır və bu gələcəkdə saytımızın daha da fəal inkişafı üçün stimul olacaq.
Qaliblərin siyahısı:
1. Dövlət saytı: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi saytı http://health.gov.az/
2. Korporativ sayt: Prosper Cartoon Studio www.cartoon.az və INTEGRAL www.integral.az
3. Elm və Təhsil: Elektron Kitabxana http://e-book.az
4. Mədəniyyət və incəsənət: Target Magazine http://tagmag.az
5. İnformasiya və xəbərlər: Tibbi Məlumat Portalı www.saglamolun.az
6. Servis-sayt: TıxacAz lahiyəsi http://tixac.az
7. Əyləncə: Əyləncə mərkəzi http://megafun.az
8. İdman: Milli olimpiya komitəsi http://noc-aze.org və İdman online kataloq http://sportsmen.az
9. Azərbaycan: Azərbaycan Teatrı. Dünən, Bu gün, Sabah. http://azteatr.musigi-dunya.az
10. Şəxsi sayt: Rəssam İlham Mirzəyev http://ilhamart.com
11. Cəmiyyət: Müstəqil rəy bildirmə saytı https://imho.az
12. Elektron kommersiya sahəsində ən yaxşı sayt: Modshop https://modshop.az
13. Mobil program: Baku Airpoirt
14. İlin İT-hadisəsi: «Mobil rabitə şəbəkələrində nömrələrin köçürülməsi xidməti»
15. İnformasiya texnologiyaların inkişafının zənginləşdirilməsi üzrə: - RAMAZAV VELIYEV, Delta Telekom şirkətinin rəhbəri
Mərasimin iştirakçıları ölkənin iri İT-şirkətlərinin nümayəndələri, mükafatın nominantları, KİV nümayəndələri və çoxsaylı qonaqları oldu.
Cari ildə, müsabiqə AR Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin, AR Mədəniyyət və Turizm Nazirliyinin, RYTN-nin Elektron Təhlükəsizlik Mərkəzinin hərtərəfli dəstəyi ilə keçirilib. Müsabiqənin baş partnyoru Myvideo.az layihəsidir.
Müsabiqənin partnyorları qismində Microsoft şirkəti, BakuTel sərgisi, Nurlar şirkəti, Ali&Nino kitab mağazaları şəbəkəsi, Happyland şirkəti, KTV1 kabel operatoru çıxış ediblər.
Layihənin dizayn dəstəyi Kokon şirkəti tərəfindən həyata keçirilib. Hüquqi dəstək De Jure hüquq firması tərəfindən aparılıb.
Tədbirə İnformasiya dəstəyini 1news.az , Infocity.az ,Oxu.az, Navigator.az, Disput.az, Inet.az, Weblist.az, Azerphoto.com, Friday.az, Cool-agency.com göstərib.
İnformasiya təhlükəsizliyi üzrə partnyor Dr.WEB şirkətidir.
http://www.netty.az/cgi-bin/news.cgi?id=219&lg=az
Saglamolun.Az