Böyrəklərin pis işləməsinə işarə edən 7 ƏLAMƏT

Böyrək xəstəlikləri bir çox hallarda gizli inkişaf edir və bu da çox təhlükəli hallara, hətta böyrək çatışmazlığına gətirib çıxarda bilər.

Bu səbəbdən böyrək xəstəliklərini vaxtında aşkar etmək çox vacibdir.

Böyrəklərin pis işləməsinə işarə edən simptomlar bunlardır:

1. Sidik ifrazında dəyişikliklər (sidik ifrazının azalması, artması, sidik ifrazı zamanı ağrılar, sancılar, qanlı sidik ifrazı və s.)

2. Belin aşağı hissəsində dartıcı ağrılar

3. Ödemlər 

Nəzərə almaq lazımdır ki, ödemlər ürək xəstəlikləri ilə də bağlı ola bilər. Lakin böyrək xəstəlikləri ilə bağlı ödemlərin müəyyən özəllikləri var:

- əvvəl üz və göz qapaqlarında əmələ gəlir

- ödemlər sürətlə artır və tez yox olur

- ödemlər yuxarıdan aşağı doğru yayılır: əvvəl üz, sonra bədən, yuxarı və aşağı ətraflar

- ödem sahəsində dəri ilıq olur

- ödemlər yumşaq və hərəkətlidir (şişmiş yeri barmaqla basdıqda əmələ gəlmiş oyuq tez yox olur)

- ödemlər adətən səhərlər əmələ gəlir

- ödemlər nahiyələrində dərinin rəngi solğundur.

4. Təzyiqin artması

Saglamolun.az xəbər verir, böyrək xəstəlikləri zamanı təzyiqi təznimləmək çox çətin olur, dərmanlar kömək etmir. Böyrək xəstəliyi müalicə olunduqdan sonra təzyiq də normallaşır.

5. Hərarətin səbəbsiz artması.

Bədənin hərarəti tez-tez və səbəbsiz olaraq qalxırsa, bu çox ciddi simptom sayılır və o cümlədən böyrək xəstəliyinə işarə edə bilər.

6. Zəiflik, halsızlıq, səbəbsiz yorğunluq, iştahanın azalması

7. Dərinin solğun olması, dərialtı qansızmalar, dərinin üzərində səpgilər

Saglamolun.Az




Загрузка...
loading...

Uşaqlarda QIZDIRMA ilə bağlı BÜTÜN SUALLARA ən dolğun cavablar

 

 
Загрузка...

HƏKİMLƏR

İlahə Quliyeva

İlahə Quliyeva

Ginekologiya

Cərrah, mama-ginekoloq Tibb üzrə fəlsəfə doktoru (mamalıq və cərrahiyyə ixtisası üzrə)

Ətraflı...
Könül Hənifəyeva

Könül Hənifəyeva

Onkoginekologiya

Onkoginekoloq, mammoloq İş stajı - 28 il

Ətraflı...
Bəhruz Eyvazov

Bəhruz Eyvazov

Neyrocərrahiyyə

Neyrocərrah İş stajı - 13 il

Ətraflı...

 


Яндекс.Метрика