Abortların sayı 2 dəfə azalıb

Ümumdünya Səhiyyə Təşkilatının və Qutmaxer İnstitutunun (Guttmacher Institute) birgə keçirilmiş qlobal araşdırmanın nəticələri məşhur Lanset jurnalında dərc olunub.

Araşdırmanın mövzusu abortlar idi.

Reuters xəbər verir ki, araşdırmanın nəticələrinə görə, 1990-cı ildən 2014-cü ilə qədər olan müddət ərzində varlı ölkələrdə abortların sayı, demək olar, 2 dəfə azalıb.

Belə ki, 1990-cı ildə 1000 hamiləlikdən 46-sı abortla qurtarırdı. 2014- cü ildə isə bu göstərici 1000 hamiləliyə 27 abort təşkil etdi.

Lakin bununla belə hər il dünyada orta hesabla 56 milyon abort edilir (2010-2014-cü illərin məlumatı).

Saglamolun.Az