Lobya, mərci, noxud arıqladır. Yeni araşdırma

Kanada alimləri sübut edib ki, arıqlamaq istəyən insanlar öz qidalanmasına lobya, noxud, mərcini əlavə etməlidir.

Alimlər 21 müxtəlif araşdırmanın nəticəsini analiz etdikdən sonra bu qərara gəldilər.

UPI xəbər verir ki, hər gün 1 porsiya paxlalıların qəbulu uzun müddət ərzində tox qalmağa və nəticədə arıqlamağa kömək edir. Həmçinin lobya, noxud və mərcinin qəbulu bədən çəkisinin artmasının qarşısını alır.

Bundan əlavə paxlalılar qanda "pis" xolesterinin qarşısını alır və bağırsaq mikroflorasının bərpasına kömək edir.

Bu məhsullar zülallar, qidalı liflər, vitamin və minerallarla zəngindir.

Saglamolun.Az