İngiltərənin paytaxtı Londonda yerləşən Kings College-in araşdırmaçıları təxminən 10 illik müddətdə 200-dən artıq əkizdən götürülən nümunələrdə qandakı 1 129 protein səviyyəsini analiz edib.
Habertürk.com saytının məlumatına görə, elm adamları qandakı bir kimyəvi maddənin beynin fəaliyyətinin azalıb-azalmadığını göstərdiyini aşkara çıxarıb. Araşdırmanın aparıldığı müddət ərzində beyin fəaliyyətində azalma müşahidə olunan insanlarda MAPKAPK5 protein səviyyəsində də əhəmiyyətli dərəcədə azalma olduğu müəyyən olunub. MAPKAPK5 proteini kimyəvi maddələri beyinə nəql edir.
Araşdırmanı idarə edən Steven Kiddle araşdırmanın Alzheimer və demensiya kimi degenerativ beyin xəstəliklərinin erkən diaqnozuna yardımçı olması baxımından böyük əhəmiyyət daşıdığını qeyd edib.
Araşdırmanın nəticələri "Translational Psychiatry" jurnalında dərc olunub.
Dünyada 44 milyon demensiya və Alzheimer xəstəsi var
Dünyada təxminən 44 milyon demensiya (ağlını itirmə) və Alzheimer xəstəsinin olduğu təxmin edilir. 2050-ci ilə qədər bu rəqəmin 135 milyona yüksəlməsi proqnozlaşdırılır. Alzheimer və ağlını itirmə xəstəlyinin keçən ilki balansının 600 milyard dollar miqdarında olduğu açıqlanıb.
İlk dəfə 1906-cı ildə alman alimi Alois Alzheimer tərəfindən aşkar olunan və 65 yaşdan yuxarı insanlarda beyin toxumalarında ağır zədələnmələrə səbəb olan Alzheimer xəstəliyi üçün hələ də effektiv diaqnoz və müalicə üsulu tapılmayıb.
Saglamolun.Az