2012-ci ildə estetik əməliyyat keçirdikdən sonra həyatı kabusa dönən qadın yatarkən belə gözlərini yuma bilmir.
Daily Mailin xəbərinə görə, İngiltərədə bir klinikada keçirdiyi üz dartma əməliyyatından sonra göz əzələləri olduqca çox dartılan Dawn Knight adlı 47 yaşındakı qadın o gündən bəri gözlərini yummaqda çətinlik çəkir.
Həkimi əməliyyatın uğursuz olduğunu qəbul etsə də, sığorta şirkəti ortaya çıxan xərci ödəməyi qəbul etmir və bu səbəbdən də qadın 3 ildir bu vəziyyətdə olmasında baxmayaraq yenidən müalicə ala bilmir.
Həkimlər belə davam edəcəyi halda qadının görmə hissini tamamilə itirə biləcəyini qeyd edir.
Saglamolun.Az