Ümumdünya İmmunitet Günü

1 Mart 2002-ci ildən ÜST təşəbbüsü ilə İmmunitet günü kimi qeyd olunur. Həqiqətən mükəmməl immun sisteminin insan sağlamlığının qorunmasında rolu müstəsnadır.

Onun xüsusi əhəmiyyəti son pandemiya dövründə daha aydın göründü. Güclü immunitetə malik insanlar, hətta xəstələndikdə belə, xəstəliyi daha yüngül və fəsadsız keçirdi. 

Müasir dövrdə immuniteti zəiflədən xeyli amil mövcuddur. Xroniki stress, bərbad ekologiya, elektromaqnit yüklənmə, zərərli vərdişlər, küy və süni işığın təsiri, dəyişilmiş qida və yanlış qidalanma, oturaq həyat tərzi, sirkad ritmlərin (yuxu-oyaq qalma) kobud pozulması - ən güclü immuniteti belə zəiflədə biləcək faktorlardır.

Mükəmməl immunitetə sahib olmaq üçün mümkün olan əngəlləri aradan qaldırmaq vacibdir. Bunun üçün stress-menecment proqramlarından faydalanmaq, elektromaqnit sahəni mümkün qədər təmiz saxlamaq, küy və işığa qarşı qoruyucu vasitələrdən istifadə etmək, zərərli vərdişlərdən imtina etmək, sağlam qidalanma qaydalarına riayət etmək, fiziki aktivliyin artırmaq, yuxu gigiyenasına riayətdən başlaya bilər.

Ümumdünya İmmunitet günü – sağlamlıq üçün sağlam həyat tərzinin həmiyyətini bir daha vurğulamaq üçün bir fürsətdir.

Həyat tərzinizi qaydaya salıb immunitetinizi gücləndirin!

 

Məqalə Bioloji təbabət klinikası tərəfindən təqdim olunub

www.biolojitababat.az

 

.

Saglamolun.Az