Uzun müddət ərzində koronaviruslu xəstələrin müalicəsi ilə məşğul olan israilli həkim reanimatoloq-anestezioloq Boris Bril kovidin müalicəsi, profilaktikası, infeksiyanın ağırlaşmaları və s. haqqında çox maraqlı məlumatları təqdim edib.
Həkim bildirib ki, koronavirusu soyuqdəymə və qripdən ayıran bəzi simptomlar var. Bu yüksək olmayan qızıdırma fonunda oynaq və əzələlərdə güclü ağrılar və həmçinin iy və dadbilmənin itməsidir (bu zaman xəstədə zökəm olmur).
Doktor Bril koronavirusun müalicəsi haqqında danışanda xüsusilə qeyd edib ki, koronavirus İsrail və digər qabaqcıl ölkələrdə post-sovet ölkələrlə (bizim ölkə də bu siyahıya daxildir) müqayisədə tam fərqli şəkildə müalicə olunur. Belə ki, İsraildə kovidin müalicəsində antibiotiklərdən istifadə olunmur. “Antibiotiklərin istifadəsi koronavirusdan ölüm və ağırlaşmaların hallarını artırıb. Antibiotikləri profilaktik məqsədlərlə təyin etmək cəfəngiyatdır və bu xəstəliyin gedişatını daha da ağırlaşdırır. Antibiotiklərdən istifadə edəndə xəstədə ağır bakterial infeksiyalar daha da artır. Koronavirus zamanı antibiotiklərdən istifadə cinayətdir. Antibiotiklər ağciyərin funksiyasını bərpa etmir, əksinə super infeksiyaların inkişafına səbəb olur. Antibiotiklərin istifadəsindən ölüm halları kovid nəticəsində ölümlərdən daha çoxdur” – həkim bildirib.
KT haqqında danışanda həkim qeyd edib ki, bu müayinə koronavirusun diaqnostikası deyil, haqqında çox danışılan “buzlu şüşə” isə kovidin simptomu sayılmır. Bu səbəbdən KT-dən keçmək lazım deyil. “Bu mənim fikrim deyil. Bu bütün dünyada belədir. Post-sovet ölkələrdən başqa” – həkim əlavə edib.
Daha ətraflı VİDEO-da baxın:
Saglamolun.Az