Tanınmış rusiyalı virusoloq professor Anatoliy Alşteyn bildirib ki, payızda infeksiyalardan qorunmaq üçün D vitaminini (profolaktik dozada) qəbul etmək lazımdır.
Saglamolun.az RT-ya istinadla bildirir ki, Alşteynin sözlərinə görə, D vitamini orqanizmin istənilən infeksion xəstəliklərə və o cümlədən koronavirusa qarşı davamlılığını artırır.
Həmçinin həkim bildirib ki, D vitamininin qəbulundan əlavə balanslaşdırılmış qidalanma, normal yuxu və spirtli içkilərdən imtina viruslara qarşı ən sadə və effektli profilaktik tədbirləridir.
Saglamolun.Az