Saglamolun.az xarici KİV-lərə istinadla bildirir ki, italiyalı həkim Lidiya Rota Vender koronavirusla mübarizənin effektivliyini artırmaq üçün bu kimi tövsiyyələr verib:
“Koronavirus burun axması və bəlğəmli öskürəyə səbəb olmur. Koronavirusun xarakterik simptomu quru öskürəkdir.
Virus ilk olaraq boğazda iltihab və quruluq yaradır. Bu simptom 3-4 gün davam edə bilər.
Koronavirus yüksək temperaturların təsirindən tez məhv olur. Bu səbəbdən gün ərzində tez-tez isti su, dəmləmələr, bulyon və s. için. İsti maye virusu neytrallaşdırır. Soyuq su və buz əlavə olunmuş içkiləri içməyin.
Boğaz və ağzınız quru olmamalıdır. Hər 15 dəqiqədən bir qurtum ilıq maye için. Selikli qişalar insanları mikrob və virusların orqanizmdə daxil olmasından qoruyur. Lakin bu müdafiə funksiyanı yerinə yetirmək üçün onlar nəm olmalıdır.
Virus paltarların üzərində 6-12 saat yaşayır. Adi yuyucu vasitələr virusu öldürür. Bu səbəbdən paltarlarınızı tez-tez yuyun. Yumaq mümkün deyilsə çölə asın, gün şüaları da koronavirusu tez məhv edir.
Əllərinizi, bütün toxunduğunuz səthləri diqqətlə dezinfeksiya edin. Adi su və sabun və həmçinin spirtli məhlullar koronavirusu tez öldürür”.
Saglamolun.Az