Загрузка...

Alimlər sağlam və uzun ömrün SİRRİNİ AÇDI

İsveçrəli alimlər 50 yaşdan yuxarı insanların psixoloji vəziyyətini, onların orqanizmində gedən dəyişikliklərlə əlaqələndirirlər.

Müxtəlif səbəblərdən (revmatizm, duzlaşma, ayaqlarda şişkinlik və s.) yaranan psixoloji vəziyyətdən çıxış yolunu isə, almanlar gün ərzində çoxlu gəzmək və söhbət etmək də görür.

Publika.Az xəbər verir ki, Almaniyada 60-90 yaş arası insanlar arasında tədqiqat aparılıb. Araşdırma xüsusilə, yaşlı nəslin evdən çölə çıxmaması, cəmiyyətdən təcrid olunmasının səbəbini öyrənmək üçün olub.

Məlum olub ki, insanlar psixoloji depressiyaya düşdükləri üçün cəmiyyətdən təcrid olunurlar və bu onları mənəvi cəhətdən tez qocaldır. Alimlər tövsiyə edirlər ki, bu yaş aralığında olan insanlar həmyaşıdları ilə ünsiyyət qursunlar, uzun gəzintilərə çıxsınlar. Bu sadə metod onları depressiv vəziyyətdən çıxartmaqla yanaşı, qan təzyiqi və xolesterolu da müalicə edir. Yaşlanma prosesində sosial faktorlar olduqca vacibdir.

Tədqiqatda yaşları 65, 70, 80, 85, 90 aralığında olan 3380 nəfər iştirak edib. Bu insanlar arasında aktiv, orta aktiv və passiv həyat tərzi keçirənlər olub. Alimlər isə bu qənaətə gəliblər ki, həftənin 5 günün müxtəlif formada əyləncəli işlərə sərf edən yaşlılar, yaxınları ilə, dostları, qonşuları ilə əylənən şəxslərin orqanizmi olduqca sağlam və gümrah olur.

Son olaraq o da vurğulanıb ki, sadalanan arqumentlərə 70 yaşından başlayaraq əməl edən insanlar 90 yaşına qədər gümrah yaşaya bilir.


Saglamolun.Az

.
Загрузка...
.

Загрузка...

HƏKİMLƏR

Emin Yaqubov

Emin Yaqubov

Neyrocərrahiyyə

Neyrocərrah İş stajı - 12 il

Ətraflı...
Vüqar Fəttah-Pur

Vüqar Fəttah-Pur

Damar xəstəlikləri

Cərrah-fleboloq (damar xəstəlikləri) İş stajı - 18 il

Ətraflı...
Zülfiyyə İbrahimova

Zülfiyyə İbrahimova

Nevrologiya

Nevropatoloq, Pediatr, EEQ İş stajı - 22 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика