Gözləri yandırmayan soğan yetişdirilib

TASS informasiya agentliyinin məlumatına görə, Yaponiya mütəxəssisləri 20-illik sınaqlardan sonra yeni gözləri yandırmayan soğan növünü yetişdiriblər.

"Xokkaydo simbun" qəzeti xəbər verir ki, yeni soğan payızda dükanlarda satılacaq.

Alimlər yeni soğan növünə "Gülümsəyən kürə" adı veriblər. Formaya görə adi soğandan fərqlənməyən  yeni soğan iysizdir və onun xoş şirintəhər dadı var.

Planlaşdırılır ki, içində 2 soğan olan kiçik qablaşdırmanın qiyməti 450 ien ($4,3) olacaq.

Saglamolun.Az