Qarabaşaq unundan bəhməzli, qozlu keks

Qarabaşaq unu digər unlardan biraz fərqlidir.

Ələnmədən istifadə edildikdə manna yarması kimi bir tərkibə malik olur. Bu səbəblə də xüsusilə keks və şirniyyatlarda istifadə zamanı ələkdən keçirilməlidir. Özünəxas qoxusu isə qidaya xoş ətir qatır.

Lazım olan məhsullar:

- yumurta - 3 ədəd

- bəhməz - 1 stəkan

- günəbaxan yağı - 100 ml (bir stəkandan bir barmaq az)

- qatıq - 4 xörək qaşığı

- yarım stəkan iri çəkilmiş qoz

- ələnmiş qarabaşaq unu - 2,5 stəkan

- qabartma tozu - 1 paket

- vanil - 1 paket

Hazırlanması:

1. Şəkər tozu və yağı yaxşıca çalın.

2. Yumurtaları  bir-bir əlavə edərək çalmağa davam edin.

3. Qatığı əlavə edib çalın.

4. Ələnmiş unu, qabartma tozu və vanili əlavə edib şpatel vasitəsilə qarışdırın.

5. Ən sonda qozu əlavə edib qarışdırın.

6. Yağlanmış, unlanmış  keks qəlibinə tökərək əvvəlcədən qızdırılmış 180⁰C temperaturda 45 dəqiqə bişirin.

7. Soyuduqdan sonra dilimləyərək servis edin.

Saglamolun.Az