Загрузка...

Noxud bağırsaqları qurdlardan təmizləyir

Noxud zülallarla zəngindir. Bu zülallardan orqanizmdə əvəzolunmaz aminturşular sintez olunur.

Zülallardan əlavə noxudun tərkibində nişasta, yağlar, sellüloz (təbii liflər), B qrupu, E, H, PP vitaminləri, beta-karotin (orqanizmdə beta-karotindən A vitamini sintez olunur), kalium, kalsium, natrium, maqnezium, fosfor, yod, sink, dəmir və s. kimi mikroelementlər var.

Noxud əsl təbii vitamin-mineral kompleksidir. Məhz bu zəngin tərkib noxudu insanın sağlamlığı üçün çox faydalı edir. Bu tərəvəzin bütün növləri xeyirlidir.

Noxud güclü fiziki gərginliklərə məruz qalan insanlar üçün (idmançılar, ağır fizki işlə məşğul olanlar) çox faydalıdır - yorğunluğu azaldır, enerji verir.

Noxud insanın ürək-damar sistemi üçün çox faydalıdır, qanın tərkibinə müsbət təsir edir, ödemləri (şişkinlik) azaldır, qanda xolesterinin səviyyəsini azaldır.

Noxud sidikqovucu və antiseptik xüsusiyyətlərə malikdir. Bu səbəbdən noxudun daim qəbulu böyrəklərə çox müsbət təsir edir - böyrəkləri duzlardan, qumdan təmizləyir, böyrək daşı xəstəliyinin inkişafının riskini xeyli azaldır.

Noxud antioksidantlarla zəngindir. Bu maddələr orqanizmdə gedən qocalma prosesləri ləngidir, orqanizmi xəsrçəng xəstəliklərinin inkişafından qoruyur. Amerika alimlərinin araşdırmalarına əsasən, paxlalıların (noxud, lobya, soya) daim qəbulu xərçəng xəstəliklərinin və aterosklerozun inkişafının riskini xeyli azaldır.

Noxud bağırsaqlar üçün də faydalıdır. Noxud bağırsaqları burada yığılan şlaklardan, toksinlərdən, digər ziyanlı maddələrdən təmizləyir, bağırsaqların fəaliyyətini yaxşılaşdırır, xroniki qəbizliklə mübarizədə yaxşı kömək edir.

Noxud qurdqovucu təsirə malikdir.

Noxud sümüklər və dişlər üçün də çox faydalıdır.

Noxud dəriyə də çox müsbət təsir edir - cavanlaşdırır, sızanaqlar, civzələr və s.-dən  təmizləyir. Bunun üçün noxudu üyüdmək və bir qədər su (yağlı dəri zamanı) və ya zeytun, çaytıkanı, badam və s. yağı ilə (quru dəri zamanı) qarışdırıb üz dərisinə çəkmək və 15-20 dəqiqədən sonra yumaq lazımdır.

Bildiyimiz kimi, noxud köpə səbəb olur. Bu səbəbdən noxudu az miqdarda qəbul etmək daha yaxşıdır. Bişirdikdən əvvəl noxudu yaxşı yumaq, bişirdikdən sonra isə üzərində olan nazik qabığı təmizləmək lazımdır. Bu noxudun köpdürücü xüsusiyyətlərini azaldır.

Podaqra, xolesistit, mədə xorası və bəzi digər xəstəliklər zamanı noxudun qəbulu arzuolunmaz sayılır.


Saglamolun.Az

.....

.
.

Şərhlər  

#1 fatma 18.01.2016 08:56
salam .eşitmışəm noxudu çiy yemək daha faydalıdır.bu nə qədər doödudur
#2 Administrator 18.01.2016 14:14
Цитирую fatma:
salam .eşitmışəm noxudu çiy yemək daha faydalıdır.bu nə qədər doödudur


Bu yanlış məlumatdır. Noxudu əvvəlcədən isladıb, sonra bişirmək lazımdır. Bu halda noxuda daha yaxşı mənimsənilir.

HƏKİMLƏR

Cavid Musazadə

Cavid Musazadə

Travmatologiya

Travmatoloq-ortoped (cərrah) Əmək stajı - 8 il

Ətraflı...
Nərgiz Nəzirova

Nərgiz Nəzirova

Dietologiya

Həkim-dietoloq Əmək stajı - 5 il

Ətraflı...
Araz Salmanov

Araz Salmanov

Plastik cərrahiyyə

Plastik, Rekonstruktiv və Estetik cərrah, uzman İş stajı - 17 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика