Çiyələyin bu faydasından xəbəriniz var idimi?

Ohayo Universiteti (ABŞ) alimləri eksperiment zamanı aşkar ediblər ki, çiyələyin xərçəng əleyhinə təsiri var.

Mütəxəssislər qida borusu xərçəngi göstəriciləri yüksək olan 3 Çin provinsiyasında eksperiment aparıblar.

Saglamolun.az xarici KİV-lərə istinadla xəbər verir ki, 6 ay ərzində qida borusu şişləri olan eksperiment iştirakçıları hər gün çiyələk ekstraktını (təxminən 57 qr çiyələk) qəbul edirdilər. Nəticədə 36 iştirakçıdan 29-da şişlər kiçilib və daha aztəhlükəli olub.  

Alimlərin fikrinə görə, baxmayaraq ki, çiyələk artıq mövcud olan xərçəngi tam müalicə etməsə də onun inkişafının qarşısını ala və müalicə zamanı yardım edə bilər.

Qeyd edək ki, bizim ölkədə də qida borusu xərçəngi yayılmış xərçəng növlərindən sayılır. Bu xərçəngin əsas risk faktorlarından biri qaynar qida və içkilərin istehlakıdır.

Bundan əvvəl İtaliyada aparılmış araşdırma da göstərib ki, çiyələk xərçəngin qarşısını almaq üçün ən yaxşı vasitələrdən biridir. Siçanlar üzərində aparılmış eksperiment göstərib ki, çiyələk metastazların inkişafına cavabdeh olan genlərin aktivliyini azaldır.

Saglamolun.Az




loading...

15-20 yaş daha cavan görünməyin YOLLARI

HƏKİMLƏR

Günay Abdullayeva

Günay Abdullayeva

Ginekologiya

Mama-ginekoloq İş stajı - 10 il

Ətraflı...
Pərvanə Mahmudova

Pərvanə Mahmudova

Ginekologiya

Cərrah, mama-ginekoloq İş stajı - 15 il

Ətraflı...
Günay Əsədova

Günay Əsədova

Ginekologiya

Cərrah, mama-ginekoloq İş stajı - 14 il

Ətraflı...

 


Яндекс.Метрика