Təmiz və sağlam damarlar üçün 7 qida

İnsan yaşlaşdıqca damarlar tutulur, zəifləyir, kövrək olur, onların tutulması və partlaması riski artır.

Bütün bunlar isə ürək xəstəliklərini, infarkt və insultun riskini artırır. Bəzi qida məhsullarının tərkibində olan faydalı maddələr damarları daha sağlam etməyə yardım edir.

Saglamolun.az damarlar üçün ən faydalı məhsulların siyahısını təqdim edir.

1. İtburnu

İtburnu tərkibində olan C vitamininə görə əsl çempiondur. C vitamini damarları möhkəm və elastik edir, damarlarda trombların əmələ gəlməsinin riskini azaldır.

Hər gün 1 fincan itburnu dəmləməsi için. Soyuq fəsillərdə bu dəmləmə həmçinin soyuqdəymə və qripdən də qoruyur.

2. Zeytun yağı

Təbii zeytun yağı damarları xolesterindən təmizləyir, onların elastikliyini artırır.

3. Qırmızı kələm

Bu tərəvəz damarlar üçün faydalı olan bir neçə maddə ilə zəngindir. C vitaminindən əlavə qırmızı kələmdə kversetin maddəsi var. Bu maddə arterial təzyiqi normallaşdırmağa kömək edir, damarlarda trombların əmələ gəlməsinin riskini azaldır.

Bundan əlavə kələm qidalı liflərlə zəngindir. Bu liflər orqanizmdə xolesterinin səviyyəsini aşağı salır.

4. Sarımsaq

Sarımsağın tərkibində olan "allisin" adlı maddə damarlarda iltihabı azaldır, trombların əmələ gəlməsinin qarşısını alır.

5. Qırmızı soğan

Qırmızı kələm kimi qırmızı soğan da kversetinlə zəngindir. Həmçinin soğan orqanizmə və o cümlədən damarlara iltihab əleyhinə təsir edir.

6. Yumurta

Yumurtanın tərkibində olan fosfolipidlər damarları möhkəmləndirir, damarların tıxanmasının qarşısını alır.

Araşdırmalar göstərib ki, hər gün 1 yumurta yeyən insanlarda ürək-damar sistemi xəstəliklərinin riski aşağı olur.

7. Pomidor

Pomidor, pomidor şirəsi, tomat likopinlə zəngindir. Bu maddə damarlarda iltihabı azaldır və damarları aterosklerozdan qoruyur.  

Saglamolun.Az





loading...

DİŞLƏRİNİZİ SARIKÖKLƏ AĞARDIN

HƏKİMLƏR

Sevda Ələsgərova

Sevda Ələsgərova

Kosmetoloq

Həkim-kosmetoloq İş stajı - 10 il

Ətraflı...
Nərgiz Nəzirova

Nərgiz Nəzirova

Dietologiya

Həkim-dietoloq Əmək stajı - 6 il

Ətraflı...
Nüşabə Əlişova

Nüşabə Əlişova

Ginekologiya

Mama-ginekoloq Tibb üzrə fəlsəfə doktoru İş stajı - 17 il

Ətraflı...

SON YAZILAR

 


Яндекс.Метрика