Загрузка...

Metabolizmi sürətləndirən, piyləri əridən qidalar

Metabolizm orqanizmdə gedən maddələr mübadiləsi proseslərinə deyilir. Metabolizmin müxtəlif səbəblərə görə (qalxanavari vəzi xəstəlikləri, yaş, düzgün olmayan qidalanma və s.) zəifləməsi kökəlməyə səbəb olur.

Bəzi qidalar var ki, onlar orqanizmdə metabolizmi sürətləndirir və bununla da arıqlamağa kömək edir. Bu qidalar arasında:

Yaşıl çay: Son illərdə aparılan araşdırmalara görə kafi və balanslı qidalanan insanlarda yaşıl çayın tərkibindəki katexin qarın bölgəsindəki yağ kütləsini azaldır və çəki idarəsində mühüm rol oynayır.

Darçın: Deyerler.org bildirir ki, şəkər xəstəliyində qanda şəkər səviyyəsini tarazlaşdırıcı bir təsiri vardır. Gün ərzində yediyiniz meyvələrin üzərini yarım çay  qaşığı darçın ilə bəzəyərək yeyin. Darçın toxluq və aclıq hissini nizamlayır.

Qırmızı acı bibər: Acı istiotun tərkibindəki kapsaisin maddəsinin metabolizmi sürətləndirən təsirə malik olduğu elmi araşdırmalarla sübut olunmuşdur.

Alma sirkəsi: Metabolizmi sürətləndirən təsirə malik olduğu məlumdur. Günorta və axşam yeməklərində salatlara 1 qaşıq alma sirkəsi əlavə edin.

Zəncəfil: Tərkibindəki maddələr qan dövranı və həzm sisteminə yaxşı təsir edir. Ədviyyat olaraq istifadə edilən zəncəfil, mədə və bağırsaqlarda yaranan bəzi problemləri aradan qaldırır.

Su: Hər gün 2 litr su içmək toxluq hissi yaradır və aclıq hissini azaldır.


Saglamolun.Az

.
Загрузка...
.

.

HƏKİMLƏR

Ağayeva Aytən Rauf qızı

Ağayeva Aytən…

Endokrinologiya

Cərrah-endokrinoloq Əmək stajı - 22 il

Ətraflı...
Rauf Rzayev

Rauf Rzayev

Andrologiya

Uroloq-androloq İş stajı - 22 il

Ətraflı...
Afət Çəndirli

Afət Çəndirli

Fizioterapevt

Fizioterapevt-Reabilitoloq İş stajı: 10 il

Ətraflı...

SON YAZILAR

Kimə üzüm yemək olmaz?

10-08-2018 /4157

Яндекс.Метрика