Ağcaqayın ağacının MÖCÜZƏSİ

Ağcaqayın ağacının şirəsi əsl təbii möcüzədir. Ağacın gövdəsinin daxilində axan bu şirə bir çox faydalı və müalicəvi xüsusiyyətlərlə zəngindir.

Slavyan xalqları qədim zamanlardan bu ağacın şirəsini ölümdən başqa bütün xəstəliklərin çarəsi kimi hesab edirdi.

Ağcaqayın ağacının şirəsində müxtəlif vitaminlər və minerallar, orqanik turşular, büzücü maddələr, fermentlər, fitonsidlər var. Belə zəngin kimyəvi tərkibə görə şirə orqanizmə kompleks şəklində müalicəvi və profilaktik təsir edir. Ağır xəstəlik və ya əməliyyat keçirmiş insana bu şirə xüsusilə faydalıdır - orqanizmin bərpasını sürətləndirir, tonusunu artırır, güc verir.

Fitonsidlərə görə şirə orqanizmə iltihabəleyhinə təsir edir, immun sistemini möhkəmləndirir.

Ağcaqayın ağacının şirəsi maddələr mübadiləsini sürətləndirir, arıqlamağa kömək edir. Qidalı dəyəri çox yüksək olan bu şirənin enerji dəyəri olduqca azdır - 100 qr şirədə yalnız 24 kalori var.

Həmçinin şirə sinir sisteminə də müsbət təsir edir, əhvalı yaxşılaşdırır, stress və depressiya ilə mübarizə etməyə kömək edir.

Ağcaqayın ağacının şirəsi böyrəkləri təmizləyir, onların fəaliyyətini yaxşılaşdırır.

Şirə yazın əvvəlində yığılır. Bunun üçün ağac kök hissəsindən 1 metrdən hündür olmayan gövdəsi çərtilərək rezin və ya kapron borunun bir ucu həmin nahiyəyə, digər ucu axan şirəni yığmaq üçün butulkaya qoyulur. Bir ağacdan 1-2 l şirə yığmaq olar. Daha çox şirə yığmaq tövsiyə edilmir ki, ağac məhv ola bilər.

Təzə şirəni soyuducuda 2 gündən çox saxlamaq olmaz. Daha sonra şirəni saxlamaq üçün onu dondurmaq və ya konservləşdirmək lazımdır.

Saglamolun.Az




loading...

QARACİYƏRİN 3 SADİQ DOSTU. Bunlar hər gün masanızda olmalıdır!

HƏKİMLƏR

İsmixan Mətiyev

İsmixan Mətiyev

Travmatologiya

Travmatoloq-ortoped Tibb elmləri namizədi İş stajı - 20 il

Ətraflı...
Günay Hacıyeva

Günay Hacıyeva

Ginekologiya

Mama-Ginekoloq. Vaginizm üzrə mütəxəssis. Cinsəl terapist Əmək stajı - 17...

Ətraflı...
Nailə Əhmədova

Nailə Əhmədova

Fizioterapevt

Müalicəvi bədən tərbiyəsi üzrə həkim, fizioterapevt İş stajı - 33 il

Ətraflı...

 


Яндекс.Метрика