əl-Əsr (Axşam çağı) surəsi
(Məkkədə nazil olmuşdur, 3 ayədir)
Mərhəmətli, rəhmli Allahın adı ilə!
1 - And olsun axşam çağına (ikindi vaxtına, əsr namazına, zamana və ya Peyğəmbərin əsrinə) ki,
2 - İnsan (ömrünü bihudə işlərə sərf etməklə, dünyanı axirətdən üstün tutmaqla) ziyan içindədir?
3 - Yalnız iman gətirib yaxşı əməllər edən, bir-birinə haqqı tövsiyə edən və səbri tövsiyə edən kimsələrdən başqa! (Belələri Cənnətə nail olub əbədi səadətə qovuşanlardır!)
Saglamolun.Az