107. əl-Maun surəsi

əl-Maun (Zəkat) surəsi

(Məkkədə nazil olmuşdur, 7 ayədir)

Mərhəmətli, rəhmli Allahın adı ilə!
1 - (Ya Peyğəmbər!) Dini (haqq-hesab gününü) yalan hesab edəni (Əbu Cəhli) gördünmü?
2 - O elə adamdır ki, yetimi itələyib qovar (haqqını verməz);
3 - Və (xalqı) yoxsulu yedirtməyə rəğbətləndirməz (nə özü fəqiri yedirdər, nə də özgəsini qoyar).
4 - Vay halına o namaz qılanların ki,
5 - Onlar öz namazlarından qafildirlər (səhlənkarlıqları üzündən namazlarını vaxtlı-vaxtında qılmazlar);
6 - Onlar (namazlarında) riyakarlıq edər,
7 - Və (xalqa) zəkat verməyi qadağan edərlər (yaxud xəsislik göstərib bir iş üçün qonum-qonşuya lazım olan qab-qacağı verməkdən imtina edərlər).

Saglamolun.Az