Nə üçün burun tüklərini qoparmaq olmaz? Bilmədiyiniz fəsadlar

Burun tükləri müdafiə funksiyanı yerinə yetirir, orqanizmə toz və digər ziyanlı maddələrin, mikrobların düşməsinə mexaniki olaraq mane olur.

Bu xüsusilə soyuq fəsillərdə, soyuqdəymə və qrip xəstəliklərinin çoxalması zamanı vacibdir.

Bundan əlavə tüklər buruna müxtəlif allergenlərin düşməsini məhdudlaşdırır. Araşdırmalar göstərir ki, burunda tüklərin çox olması allergiya və hətta astmanın riskini azaldır.

Bir çox insanlar burun tüklərini təmizləyir və bu məqsədlə pinset və mumdan istifadə edir. Burun nahiyyəsi sinir ucları ilə zəngin olduğundan bu prosess çox ağrılıdır.

Saglamolun.az zdr.ru-ya istinadla xəbər verir ki, tüklərin qoparması müxtəlif fəsadlara səbəb ola bilər. Tüklərin qoparması burunu mikrob, toz və allergenlərə qarşı müdafiəsiz edir ki, bu da infeksiya və allergiyanın riskini artırır.  

Qoparılmış tükün yerində əmələ gələn kiçik yaraya burunda olan mikroblar düşə bilər ki, bu da iltihaba və hətta immun sistemi zəif olan insanlarda infeksiyanın qana düşməsinə səbəb ola bilər.

Bütün bunları nəzərə alaraq LOR həkimləri qəti şəkildə burun tüklərini qoparmağı tövsiyə etmir. Tüklər sizi çox narahat edirsə, onarı qayçı ilə bir qədər kəsmək və ya trimmerdən istifadə etmək olar.     

Saglamolun.Az




loading...

TƏZYİQİ DƏRMANSIZ SALMAQ ÜÇÜN ƏN ASAN ÜSUL

HƏKİMLƏR

Pərvanə Mahmudova

Pərvanə Mahmudova

Ginekologiya

Cərrah, mama-ginekoloq İş stajı - 15 il

Ətraflı...
Zülfiyyə Bağırova

Zülfiyyə Bağırova

Kosmetoloq

Kosmetoloq İş stajı - 4 il

Ətraflı...
Raksana Əliyeva

Raksana Əliyeva

USM

Sonoloq (ultrasəs müayinəsi həkimi) İş stajı - 30 il

Ətraflı...

 


Яндекс.Метрика