Menstrual dövrün yaxınlaşdığını göstərən 4 əlamət

Qadınların problemli dönəmlərindən olan və bəziləri üçün hətta kabusa dönən menstrual dövrü, bəzi istisnalar olmaqla, hər qadın demək olar ki eyni şəkildə keçirir.

Bu dövrün yaxınlaşdığını göstərən bəzi əlamətlər var k, bu, əksər qadınlarda oxşar formada özünü büruzə verir. Beləliklə, menstrual dövrün yaxınlaşdığını göstərən əlamətlər:

Mədə problemləri

Bir neçə gün əvvəl geyindiyiniz paltarlar indi əyninizə yaraşmırmış kimi görünürsə, bunun səbəbi menstrual dövrlə bağlı şişkinlik ola bilər. Menstruasiyadan əvvəl qəbizlik, ishal, mədə sancıları və ya ürəkbulanması müşahidə oluna bilər. Bəzilərində hamiləlik zamanı müşahidə olunan fərqli yeməklər yemək istəyi özünü göstərdiyi halda bəzilərinin də iştahı kəsilə bilər.

Emosional qeyri-tarazlıq

Menstrual dövrdən əvvəl hormonlarla bağı olaraq emosional qeyri-tarazlıqlar yaşana bilər. Çox zaman ərköyünlük olaraq adlandırılan bu qeyri-tarazlıq əslində tamamilə fizioloji haldır. Bu zaman həmçinin daha çox yatmaq istəyə bilər, ağlama ehtiyacı hiss edə bilər və yaddaşla bağlı problemlərlə qarşılaşa bilərsiniz.

Dəri problemləri

Menstrual dövrdən əvvəl civzələrin əmələ gəlməsi çox tez-tez rast gəlinən haldır. Hormonlarınızdakı artım civzələrlə yanaşı şişkinlik və uçuğa da səbəb ola bilər.

Yorğunluq hissi

Menstrual dövrdən əvvəl hər yerinizin ağrıması və özünüzü daim yorğun hiss etməniz normaldır. Bu dövrdə başağrıları da arta bilər. Astma və ya allergiya kimi problemləriniz varsa, menstrual dövrdən əvvəl bu ağrılarda şiddətlənmə müşahidə edilə bilər.

Saglamolun.Az