Загрузка...

Yayda orqanizmi təmizləyin! Ən yaxşı üsullar

Yay orqanizmin ziyanlı maddələrdən təmizlənməsi və sağlamlığın bərpası üçün ən yaxşı vaxtdır.

Sizə orqanizmi təmizləmək üçün ən effektli və sınanmış üsulları təqdim edirik.

Meyvə və tərəvəzlər və onların şirələri

Həftədə 2 dəfə yalnız meyvə və tərəvəzləri yeyin (məhdudiyyət yoxdur) və onların şirələrini için.

Tərəvəzləri salatlar, bişmiş, pürtlənmiş şəkildə yeyin (yağsız).

Gün ərzində 2-3 stəkan təzə meyvə və tərəvəz şirələri qəbul edin. Ən faydalı şirələr arasında - kök və çuğundur şirələrinin qarışığı (1:1), alma, xiyar, albalı, qavalı, ərik və s. şirələr.

Qarpız

Həftədə 1 dəfə qarpız pəhrizi tətbiq edin. Gün ərzində yalnız təxminən 3 kq qarpız əti yeyin. Su və otlardan hazırlanmış çayları (itburnu, çobanyastığı, kəklikotu, reyhan, nanə və s.) içə bilərsiniz.

Kefir və alma

Həftədə 1 dəfə alma-kefir pəhrizi tətbiq edin. Gün ərzində 2 l təbii kefir və 2 kq alma yeyin.

Su və ot çayları içmək olar.

Bu üsulların tətbiqindən bir müddət sonra siz yüngüllük, gümrahlıq, əhval-ruhiyyənin yaxşılaşmasını hiss edəcəksiniz, dəriniz təmizlənəcək, artıq çəkiniz isə azalacaq.

Nəzərə almaq lazımdır ki, bu üsullardan yalnız sağlam insanlar istifadə edə bilər. Sizdə hər hansı ciddi xroniki xəstəlik varsa (xüsusilə mədə-bağırsaq, böyrək və s. ), mütləq həkimlə məsləhətləşin.


Saglamolun.Az

.
Загрузка...
.

Загрузка...

HƏKİMLƏR

Vəfa Paşazadə

Vəfa Paşazadə

Dietologiya

Ümumi cərrah, bariatric dietoloq, sağlam qidalanma üzrə mütəxəssis. İş stajı -...

Ətraflı...
Araz Salmanov

Araz Salmanov

Plastik cərrahiyyə

Plastik, Rekonstruktiv və Estetik cərrah, uzman İş stajı - 17 il

Ətraflı...
Fuad Əliyev

Fuad Əliyev

Endokrinologiya

Tiroidoloq (zob xəstəlikləri) İş stajı - 10 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика