Загрузка...

Suyu tam doğru şəkildə necə içmək lazımdır?

Sadəcə yay mövsümündə deyil, sağlam həyat tərzi üçün də su içmə vərdişinin bütün il boyunca mənimsənilməsi gərəklidir.

Suyun həyat üçün vazkeçilməz olduğunu söyləyən qidalanma və diyet mütəxəssisi Çağatay Dəmirin fikrincə, su insan üçün oksigendən sonra ikinci ən önəmli tələbatdır. Qida qəbul etmədən həftələr boyu yaşamaq mümkündür, ancaq su olmadan bədənimiz sadəcə bir neçə gün dözə bilər.

Çoxlarımız suyun əslində necə dəyərli olduğuna əhəmiyyət vermirik. Lakin su insan bədənində həzm sistemindən tutmuş toxumaların çalışmasına, zərərli maddələrin bədəndən xaric olunmasından tutmuş  bədən temperaturunun balanslaşdırılmasına qədər bir çox yöndə həyati əhəmiyyət daşıyır. Bədənimizin 55-85 faizini təşkil edən su maddələr mübadiləsində də olduqca vacib rol oynayır. Sağlam şəkildə su içmə vərdişi günlük tələbatımıza uyğun, nizamlı və optimal pH nisbətində su içmək kimi xarakterizə olunur. Su içmək üçün susamağı gözləməyə ehtiyac yoxdur. Çay, qəhvə, meyvə suları da gün ərzində qəbul etdiyimiz mayelər sırasında daxildir, ancaq bir çoxunun sidikqovucu xususiyyətə malik olması səbəbilə suyu elə su şəklində içmək məsləhət görülür. Suyun ən yüksək səviyyədə faydalılığını təmin etmək üçün onu yeməklərdən 15 dəqiqə əvvəl içmək lazımdır. Əgər yemək əsnasında su içmək kimi bir vərdiş varsa, onu da davam etdirmək məqsədəuyğundur. Fiziki aktivlik göstəricilərindən asılı olaraq qəbul edilən suyun miqdarı fərqli ola bilər, ancaq gündə 1,5-2 litr su içməyi unutmayın.

Artıq çəkiniz varsa, daha çox su içməlisiniz

Su təbii olaraq iştahı azaldır və bədəndə toplanmış yağların metabolizminə yardımçı olur. Su müntəzəm şəkildə arıqlamaq üçün ən ideal formuldur. Araşdırmalar göstərib ki, qəbul edilən su miqdarı azaldıqda bədənə toplanan yağ miqdarı artmağa başlayır. Kilolu uşaqlar və böyüklərin metabolik yükləri çoxdur. Yağların istifadəsində suyun xüsusi yeri olduğu üçün artıq çəkiyə sahib olanlar suya daha çox ehtiyac duyurlar.

Yetərli miqdarda su içmək çox önəmlidir

Gün ərzində yetərli miqdarda su qəbul etmədikdə və bu bir vərdiş halını aldıqda başımıza nə gələ bilər? Diyetoloq Ç.Dəmirin fikrincə, susuzlaşdırma deyilən bədəndə maye həcminin azalması bir çox sağlamlıq problemlərinə gətirib çıxara bilər. Bu hal bədəndə yığılan toksik maddələrin dəri yolu ilə kənarlaşdırılması sistemini pozur və müxtəlif dəri problemlərinə (sədəf xəstəliyi, dermatit)  qarşı bədənimizin müqavimətini azaldır. Toksik maddələrin yığılması bakteriyaların inkişafına səbəb olur ki, bu da böyrək və sidik kisəsində iltihabi proseslərin yaranması ilə nəticələnə bilər. Toksinlərin bədəndən kənarlaşdırılmaması və yağ altında qalması arıqlamaq prosesini çətinləşdirir, suyun tərkibində olan müxtəlif qələvi mineralların çatışmazlığı səbəbilə də mədədə narahatlıqlar yaranmağa başlayır. Bunlarla yanaşı qan təzyiqində yüksəlmə, qəbizlik  və yaşlanma əlamətlərinin tez ortaya çıxması da suyu az içmənin verdiyi nəticələrdəndir.

Suyun tam doğru şəkildə içilməsi üçün:

- pH dəyəri 4,5-9,5 olan sulara üstünlük verin və səhər qalxdıqda mütləq 2 stəkan su için;

- artıq çəki probleminiz varsa, yemək yeyən zaman toxluq hissi yaratması üçün yeməkdən əvvəl mütləq su içməyə diqqət edin;

- Sidiyə getdikdən sonra itirilən suyun əvəzinə 1 stəkan su içməyi gözardı etməyin;

- Suyu hər zaman görə biləcəyiniz yerlərdə saxlayın. Xüsusilə əlinizin altında daim suyun olmasına diqqət edin.


Saglamolun.Az

.....

.
.

HƏKİMLƏR

Rauf Sadıqov

Rauf Sadıqov

Neyrocərrahiyyə

Beyin ve omur ilik cərrahiyyəsi (neyrocərrah) İş stajı - 11 il

Ətraflı...
Araz Salmanov

Araz Salmanov

Plastik cərrahiyyə

Plastik, Rekonstruktiv və Estetik cərrah, uzman İş stajı - 17 il

Ətraflı...
Ağayeva Aytən Rauf qızı

Ağayeva Aytən…

Endokrinologiya

Cərrah-endokrinoloq Əmək stajı - 22 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика