"Bizim döş boşluğumuzu qarın boşluğumuzdan ayıran diafraqma dediyimiz əzələdən ibarət bir pərdə var. Bu pərdənin üzərində bir dəlik vardır ki, burdan qida borusu keçir və mədəyə başlanğıc verilir".
Bu sözləri Baku City Hospitalın qastroenteroloqu Türkan Alyarova Sağlamolun.az-a mədə yırtığından danışarkən deyib.
O bildirib ki, normalda bu dəliyin ölçüsü 2 sm-ya qədər olur:
"Yırtıq olduğu zaman isə bu dəliyin ölçüsü 2 sm-dan yuxarı olur və bu yırtıq adlanır. Yəni, var olan dəliyin ölçüsünün böyük olması deməkdir. Bu zaman döş qəfəsi arxasında ağrı, yanma, göynəmə, bəzi hallarda ürək bulanma və gəyirmə kimi şikayətlər ortaya çıxır".
Həkimlə əlaqə saxlamaq üçün 055 242 15 42 mobil nömrəsinə zəng edin!
Daha ətraflı videodan izləyin:
Saglamolun.Az