Bu məlhəm cavanlaşdırıcı təsiri ilə əllərdəki çatlardan və piqment ləkələrindən xilas olmağa mükəmməl kömək edir.
Sağlamolun.az həmin məlhəmi təqdim edir:
Tərkibi və hazırlanma qaydası:
1 yumurta sarısı
1 xörək qaşığı bal
1 xörək qaşığı bitki yağı
Boş bir qabda hər üçünü qarışdırın. Və məlhəm hazırdır.
İstifadə qaydası:
2 xörək qaşığı duzu 1 litr ilıq suda həll edin.
Əllərinizi bu məhlulda 10 dəqiqə saxlayın.
Sonra yuyunmadan ovuclarınızı isladıb məlhəmlə yağlayın.
20 dəqiqədən sonra yuyun.
Effekt gözəldir: 3-4 gün ərzində əllərin dərisi yumşaq, elastik olur və çatlar yox olur.
Saglamolun.Az