Piyləri əridən DARÇINLI İÇKİ. Resept

Miçiqan Universiteti (ABŞ) alimləri aşkar ediblər ki, darçının tərkibində olan bəzi maddələr həqiqətən orqanizmdə piylərin parçalanmasını sürətləndirir və arıqlamağa kömək edir.

Saglamolun.az bildirir ki, diyetoloqlar darçının bu xüsusiyyətini çoxdan bilir və ondan istifadə edirlər. Bir çox pəhrizlərə tərkibində darçın olan xüsusi piyləri yandıran içkilər daxil edilir. Sizə bu möcüzəli içkinin reseptini təqdim edirik.

Bunun üçün bizə 1 stəkan təzə kefir və 1 ç.q. (dolu olmamalıdır) təzə üyüdülmuş darçın lazım olacaq. Darçını borucuqlar şəklində alın və içkini hazırladıqdan əvvəl üyüdün.

1 stəkan kefirə 1 ç.q. darçın əlavə edin, yaxş qarışdırın və için. Bunu şam yeməyi əvəzinə və ya şam yeməyindən 40 dəqiqə-1 saat sonra edin. Nəzərinizə alın ki, şam yeməyi yatmazdan ən azı 2 saat əvvəl olmalıdır.

Mütəxəssislərin müşahidələrinə görə, qidalanmanı bir qədər məhdudlaşdırmaq və bu içkini hər axşam istehlak etməklə 1 ay ərzində 4 kq çəkidən azad olmaq mümkündür.

Saglamolun.Az




 

 

 


Яндекс.Метрика