Загрузка...

Üşüməmək üçün nə etməli? SADƏ MƏSLƏHƏTLƏR

Soyuq havada üşüməmək üçün bəzi sadə məsləhətlərə riayət emək kifayətdir:

1. Soyuqda çölə çıxadıqda papaq, şərf və əlcək taxın. Bu həm üşüməyin qarşısını alır, həm də bəzi xəstəliklərin profilaktika tədbiridir.

Soyuq, küləkli, qarlı havada başıaçıq gəzənlərdə miqren, sinir iltihabları kimi xəstəliklər inkişaf edə bilər.

Soyuq havada əlcək barmaq oynaqlarını iltihabdan qoruyur. Həmçinin əllərin soyuqlaması respirator xəstəliklərinin riskini artırır.

2. Havaya uyğun ayaqqabıların seçilməsi də çox vacibdir. Ayaqların soyuqlaması respirator xəstəliklərindən əlavə ürək xəstəliklərinin riskini artırır.

Ayaqqabı dar olmamalıdır. Bu halda ayaqlar üşüməyəcək.

3. Soyuqda çöldə siqaret çəkməyin - bu qan dövranının pozulmasına, damarların daha da daralmasına səbəb olur.

4. Soyuqda spirtli içkiləri (xüsusilə arağı) içməyin. Bu isinməyə kömək etmir, əksinə soyuq havada çoxlu miqdarda içki qəbul etdikdən sonra insan daha çox üşüyür.

5. Geniş paltarlar geyinin, dar sıx paltarlarda insan daha çox üşüyür. 3-4 lay paltar geyinin - paltar laylarının arasında olan hava üşüməkdən qoruyur. Uzun gödəkçələr geyinin. Soyuqda qısa gödəkçələrdə gəzən insanlarda böyrək xəstəliklərinin riski artır.

6. Soyuq havada evdən ac çıxmayın. Orqanizmə özünü isindirmək üçün əlavə enerji lazımdır. Zülallı qidalar burada yaxşı kömək edir. Mütəxəssislər soyuq havada ətin qəbulunu artırmağı tövsiyə edirlər.

7. Orqanizmi tez isitmək üçün ədviyyatlı içkiləri için. Zəncəfilli çay, hil və mixək əlavə olunmuş adi çay. Bu içkilər qan dövranını yaxşılaşdırır və daha tez isinməyə kömək edir.


Saglamolun.Az

.
Загрузка...
.

loading...
.

HƏKİMLƏR

Rauf Sadıqov

Rauf Sadıqov

Neyrocərrahiyyə

Beyin ve omur ilik cərrahiyyəsi (neyrocərrah) İş stajı - 11 il

Ətraflı...
Naibə Həsənova

Naibə Həsənova

Ginekologiya

Cərrah, mama-ginekoloq İş stajı - 13 il

Ətraflı...
Raksana Əliyeva

Raksana Əliyeva

USM

Sonoloq (ultrasəs müayinəsi həkimi) İş stajı - 30 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика