Sağ qabırğaaltı nahiyəsində ağrılar. TƏHLÜKƏLİ SİMPTOM

Ağrı orqanizmin müdafiyə mexanizmidir. Ağrı orqanizmdə olan hər hansı "nasazlıqdan" xəbər verir.

Sağ qabırğaaltı nahiyəsində olan ağrılara xüsusilə diqqətli olmaq lazımdır. Ağrılar bu yerdə tez-tez təkrarlanırsa, bu təhlükəli xəstəliklərin simptomu ola bilər. İlk növbədə terapevtin müayinəsindən keçmək lazımdır. Müayinədən sonra terapevt xəstəni digər mütəxəssislərin (qastroenteroloq, hepatoloq, uroloq və s.) müayinələrinə göndərə bilər.

Sağ qabırğaaltı nahiyəsində ağrıların səbəbləri arasında:

- xolesistit (öd kisəsinin iltihabı). Ağrı kəskin və azmüddətli olur, bir çox hallarda stresdən və sinir gərginliyindən sonra inkişaf edir.

- öd daşı xəstəliyi. Ağrı çox güclü olur, sağ qolda hiss olunur, ürəkbulanması və qusma ilə müşayiət olunur.

- 12 barmaq bağırsağının xora xəstəliyi. Ağrı çox güclü, xəncərvari olur, qida qəbul etdikdən sonra ağrı azalır.

- qaraciyər xəstəlikləri. Ağrı sızıldayan olur, tez-tez təkrarlanır. Həmçinin insan "səbəbsiz" yorğunluq və halsızlıq hiss edir, iş qabiliyyəti azalır.

- pankreatit (mədəaltı vəzi iltihabı). Ağrı kəskin olur, belə "vurur", ürəkbulanması və qusma ilə müşayiət olunur.

- böyrək xəstəlikləri. Ağrı həm sağ qabırğaaltı nahiyəsində, həm də belin sağ tərəfində hiss olunur.

- appendisit (kor bağırsağın - appendiksin iltihabı). Bəzi insanlarda appendiks yuxarıda yerləşir və appendisit zamanı ağrı qabırğaaltı nahiyəsində hiss olunur.

- ağciyər xəstəlikləri.

Saglamolun.Az

Youtube kanalımıza abunə olun ki, faydalı videolardan xəbəriniz olsun

loading...