Qoltuq altı nahiyələrin qaralması. Səbəblər və çarələr

Bu yayılmış kosmetoloji problemlərdən biridir. Qoltuq altı nahiyələrin tünd olması kosmetik qüsur yaradır, qadınlarda özünə güvəni azaldır.

Bu problemin səbəbləri müxtəlifdir:

- Gigiyena qaydalarına kifayət qədər riayət etməmək.

- Bu bölgəni tez-tez qırxmaq və ya depilyator-kremlərdən istifadə etmək.

- Dezodoranta olan reaksiya.

- Həddindən artıq tərləmə.

- Piylənmə və ya şəkərli diabet

- Hamiləlik.

- Hormonal pozulmalar.

- Hamiləlik əleyhinə və hormonal preaparatların uzun müddət ərzində qəbulu.

Saglamolun.az sizə bu problemin həllini təqdim edir:

- Dezodorantı dəyişin, spirtsiz dezodorantlardan istifadə edin.

- Bu bölgəni müntəzəm olaraq skrabla təmizləyin.

- Qoltuq altı nahiyələri qırxmayın, epilyasiya məqsədi ilə isti mumdan və ya şəkərdən (şüqaring) istifadə edin. Bu vasitələr həm xoşagəlməz tüklərdən xilas edir, həm də dərini ağardır.

- Limon şirəsindən istifadə edin - bu çox effektli ağardıcı vasitədir.

- Sodanı su ilə qarışdırın (sıyıq kimi olmalıdır) və bu nahiyələrə çəkib 10 dəqiqə saxlayın, sonra yuyun.

- Ağardıcı maska resepti: sarıkökü limon şirəsi ilə qarışdırın və duşdan sonra problemli bölgələrə çəkib bir qədər gözləyin. Bu maskanı tez-tez, dəri ağarana qədər istifadə edə bilərsiniz.     

Saglamolun.Az