Загрузка...

Fizioloji immunodefisit vəziyyətlər

İmmunodefisitin patoloji pozulmalardan başqa, fizioloji (yəni ki, norma sayılan) immunodefisit vəziyyətləri də vardır.

Təbiət tərəfindən elə "nəzərdə tutulmuşdur" ki, immun sistemi müəyyən vaxtlarda sanki "yarı gücü" ilə işləyir.

Bu, aşağıdakı hallarda olur:

1. İlk növbədə 15 yaşınadək olan erkən yaşlarda. Uşaqlar müxtəlif virus və bakterial infeksiyalara tutulduqda bu, onların immun sisteminin yetişməsinə (inkişafına) səbəb olur. Belə ki bu zaman immun sistemi müxtəlif mikroblar və viruslar haqqında "məlumatlar" toplamağa başlayır ki, gələcəkdə bizi onlardan mümkün qədər yaxşı qorusun. Uşaq azca asqıran kimi ona antibiotik vermək və digər yersiz "aktiv" müalicə tədbirləri görmək – onun sağlamlığı və immuniteti üçün ən zərərli bir səhv hesab olunur! Bu, immun sisteminin normal şəkildə yetişməsini pozur ki, nəticədə fizioloji deyil, patoloji immunodefisit vəziyyətlərin və ya allergik xəstəliklərin inkişaf etməsinə səbəb ola bilər.

2. İkincisi - ahıl yaşlarında immun sistemi orqanizm ilə birlikdə qocalmağa başlayır. Məhz buna görə ahıl yaşlarında autoimmun, infeksion, onkoloji (şiş) xəstəliklərinin sayı artmış olur. Lakin immun sisteminin müntəzəm şəkildə möhkəmləndirilməsi hətta ahıl yaşlarında immuniteti yüksək səviyyədə saxlanmasına imkan verir.

3. Üçüncüsü - fizioloji immunodefisit vəziyyəti mövsümü xarakter daşıyır – yəni, bu defisit (çatışmazlıq) payızın axırı, qış və erkən yaz aylarında baş verir. Havanın soyuması, günün işıqlı saatlarının azalması, insanların günün böyuk hissəsini otaqda olmaları, vitamin çatışmazlıqlar, əlbəttə ki, immunitetə öz mənfi təsirini göstərir. Məhz bu səbəblərə görə (heç də virusların miqdarının artması səbəbindən yox!) biz soyuqdəymə xəstəlikləri ilə ilin bu dövrlərində daha çox xəstələnirik.

4. Dördüncü fizioloji immunodefisit vəziyyəti hamiləlik dövründə baş verir. Təbiət tərəfindən elə "düşünülmüşdür" ki, hamiləlik dövründə immun sistemi nisbətən zəif işləyir. Bu da çox təbii bir prosesdir – axı uşaq orqanizminin yaranmasında atanın 50%-lik iştirakı vardır. Əgər bu dövrdə ananın immun sisteminin zəifləməsi baş verməzsə, bu halda o yeni yaranan orqanizmin hüceyrələrini də yad antigen kimi qəbul edərək onu özündən "qopara" bilər. Məhz buna görə hamiləlik dövründə qadınlar müxtəlif infeksion xəstəliklərlə daha tez-tez xəstələnirlər.


Saglamolun.Az

.
Загрузка...
.

Загрузка...

SON YAZILAR

Яндекс.Метрика