Загрузка...

Qara ciyərdə xəstəliyin olmasını necə bilmək olar?

Qara ciyər xəstəlikləri çox təhlükəli hesab olunur. Çünki, onlar uzun müddət ərzində davam etdikdə, qara ciyər sirrozu yarana bilər.

Bu xəstəliyin əsas nəticəsi isə, qara ciyər hüceyrələrinin tədricən məhv olmasıdır (ölməsidir). Bu zaman qara ciyər tədricən tələf olduğü üçün, onunla birgə insan da həlak olur.

Qara ciyər xəstəlikləri adətən, uzun müddət ərzində özlərini büruzə vermirlər. Məlum olduğu kimi, bu və ya digər orqanda nasazlıq olmasının əsas əlaməti ağrı hesab olunur. Bir çox hallarda məhz ağrının olması, adətən bizi öz sağlamlığımız barədə düşünərək, həkimə müraciət etməyə məcbur edir. Ancaq əfsuslar olsun ki, qara ciyərdə ağrı reseptorları yoxdur. Buna görə də qara ciyərdə hər hansı bir patoloji proses baş versə  da, siz heç bir ağrı hiss etməyəcəksiniz. Ağrı yalnız, qara ciyərin böyüməsi nəticəsində, onun kapsulasının (xarici qişası) dartılması zamanı meydana çıxa bilər. Qara ciyərdən fərqli olaraq onun xarici qişasında sinir hüceyrələri mövcuddur. Buna görə sağ qabırğaaltı nahiyyədə ağrıların olması, qara ciyərin hər hansısa patoloji prosesə məruz qalmasının əlamətidir.

Bundan savayı, aşağıdakı əlamətlər də qara ciyərdə patoloji prosesin olmasını göstərə bilərlər:

- Əksər hallarda kəskin hepatit (viruslu və ya toksik) və qara ciyər sirrozu zamanı dərinin, skleranın (gözün ağlı qişası), dilin saralması qeyd edilir. Bəs, bu cür saralmanın səbəbi nədir? Məsələ bundadır ki, qara ciyərin normal fəaliyyəti pozulduğu halda, qanda, zülalların parçalanma məhsulu olan bilirubinin miqdarı artmağa başlayır ki, bu da dərinin, skleranın və selikli qişaların saralmasına səbəb olur.

- Oynaqlarda və əzələlərdə ağrılar, dəridə qaşınma, göynəmə, səpgilərin olması, əl və ayaq barmaqlarında dırnaqların formasının dəyişməsi və rənginin tüntləşməsi kimi əlamətlərin olması, qara ciyərin pis işləməsi nəticəsində orqanizmdə baş verən intoksikasiyanın (zəhərlənmənin) olmasını göstərir;

- Qara ciyərin bir çox xəstəlikləri üçün iştahasızlıq, qıcqırma, ürəkbulanma, bəzən qusma, qarının köpməsi, yağlı qidaların qəbuluna dözümsüzlük əlamətləri də xarakterik hesab olunur.

- Qara ciyər, qandan toksinlərin və və zəhərlərin xaric etməsi kimi vəzifəsini normal şəkildə icra edə bilmədikdə, bu maddələrin bir hissəsi qanda qalaraq beyinə də çatır. Məhz buna görə, qara ciyər xəstəliyinin tez-tez təsadüf edilən əsas əlamətlərindən biri də, sinir-psixi pozğunluqlar hesab olunur. Xəstədə baş ağrısı, başda ağırlıq, başgicəllənmə, emosiyalarda dözümsüzlük, həddindən artıq olan inciklik, hər şeydən şübhələnmək, əsassız olan qəzəblənmə kimi əlamətlər meydana çıxır. Buna görə sizdə bu əlamətlər baş versə, sadəcə olaraq sakitləşdirici dərmanlar qəbul etməkdənsə, qara ciyəri yoxlamq daha yaxşı olar.

Əlbətdə ki, sadalanan əlamətlər digər xəstəliklərə də xas ola bilərlər. İctənilən halda tez bir zamanda qastroenteroloqa müraciət edərək öz şübhələriniz barədə ona məlumat vermək lazımdır.


Saglamolun.Az

.
Загрузка...
.

Şərhlər  

#1 Anar Ismailov 30.04.2013 20:29
Salam. Sizden artiq derecede xais edirem sualimi cavablandirasin iz. Usaqda hekim deyir fermet catismamazliqi var.meni xais edirem basa salin bu nedir ne demekdir?bu qanda parcalanmadirsa bunun mualicesi varmi? Bele usagin taleyi nece ola biler? Artiq derecede xais edirem cavablandirin.
#2 Administrator 01.05.2013 11:42
Hörmətli Anar bəy!
İnsan orqanizmində qidanın tərkib hissəslərinə (zülallar, yağlar, karbohidratlar) parçalanması və mənimsənilməsi xüsusi maddələrin - fermentlərin köməyi ilə həyata keçirilir. Uşaqda fermentativ çatışmazlığı olduqda bu proses pozulur.
Fermentativ pozulması ilə bağlı olan xəstəliklər müxtəlifdir. Müalicənin əsas tərkib hissəsi - pəhrizterapiya sayılır. Adətən xəstəliyin proqnozu müsbətdir.
Daha dəqiq məlumatları diaqnoz qoyulduqdan sonra pediatrdan ala bilərsiniz.
Allah şəfa versin!
#3 Cavid 17.11.2014 09:47
salam xaiw edirem komek edin. qara ciyerde kicik olcude maye kistasi var onun mualicesdi nedur? tehlukelidirmi?
#4 Administrator 17.11.2014 18:15
Kista kiçikdirsə və heç bir fəsad yoxdursa (irinləmə və s.), ona sadəcə nəzarət etmək lazımdır. İldə 2 dəfə USM-dən keçin və qastroenteroloq un müayinəsindən keçin. Heç bir xüsusi müalicə tələb olunmur. Belə kistalar adətən heç bir təhlükə yaratmır.

.

HƏKİMLƏR

Cəmil İskəndərov

Cəmil İskəndərov

Neyrocərrahiyyə

Neyrocərrah İş stajı - 13 il

Ətraflı...
Fuad Əliyev

Fuad Əliyev

Endokrinologiya

Tiroidoloq (zob xəstəlikləri) İş stajı - 10 il

Ətraflı...
Raksana Əliyeva

Raksana Əliyeva

USM

Sonoloq (ultrasəs müayinəsi həkimi) İş stajı - 30 il

Ətraflı...

SON YAZILAR

Zaur xəstəxanalıq oldu

17-08-2018 /401

Яндекс.Метрика