Загрузка...

USM zamanı uşağın cinsinin təyin edilməsi

Dölün cinsinin təyin edilməsinin dəqiqliyi hamiləliyin müddətindən və bir çox hallarda USM avadanlığından (daha müasir avadanlığın imkanları, təbii ki, daha çoxdur) və həkimin təcrübəsindən və peşəkarlığından asılıdır.

Hamiləliyin 8-ci həftəsinə kimi embrionun cinsini təyin etmək mümkün deyil. Məsələ burasındadır ki, embrionun xarici cinsiyyət üzvlərinin formalaşması yalnız hamiləliyin 10-cu-12-ci həftəsində qurtarır.

Həkimlərin əksəriyyətinin fikirinə görə, dölün cinsinin təyin edilməsi yalnız hamiləliyin 15-ci həftəsindən sonra mümkün olur. Ən ideal vaxt isə hamiləliyin 21-ci-22-ci həftələri  sayılır. Həkim oğlanda xayalıq və cinsiyyət üzvünü, qızlarda isə böyük cinsiyyət dodaqlarını "tapmaqla" dölün cinsini təyin edə bilir.

Bəzi hallarda uşağın cinsi səhvən təyin oluna bilər. Nadir hallarda olsa da bu mümkündür.

Bəzən həkim dölün göbəkbağını və ya əl barmaqlarını səhvən cinsiyyət üzvü kimi "anlayır" və bu halda qadın cinsinə aid olan döl oğlan "adlandırılır". Bəzi hallarda qızlarda ananın bətnində olarkən böyük cinsiyyət dodaqları həddən artıq şişmiş (ödemləşmiş) olur ki, bu halda da qız oğlanla səhv salınır. Bəzən döl ayaqlarını sıxaraq öz cinsini göstərmək "istəmir" və nəticədə dölün cinsi yenə də səhvən təyin oluna bilər.

Hamiləliyin müddəti artdıqda uşağın cinsini təyin etmək daha çətin olur. Boyümüş uşaq güclə ananın qarnında yerləşir, "bükülmüş" vəziyyətdə olur, darısqallığa görə daha az hərəkət edir və nəticədə USM zamanı onun cinsiyyət üzvləri ön plana çıxmaya da bilər.

Mənbə: www.9months.ru



Saglamolun.Az

.
loading...
.

Şərhlər  

#1 Mishka 20.04.2014 09:23
Salam dr.size sualim 2ci hamileliyimdi 1ci 4il bunnan qabaq kest emeliyyati ile olub indi de capigin derinliyi 6mm.di ve heki tebii doguwa icaze vermir. bilmek idterdim 37+2 heftede kesr emeliyyatina gire bilrem? 1de emeliyyat zamani taxilan katetrdan imtina etmek isteyirem bu mumkundu?chix saqolun onceden
#2 Administrator 21.04.2014 05:25
1. Əməliyyatın vaxtını Siz yox, Sizə nəzarət edən həkim təyin edir.
2. Bu haqda cərrahla məsləhətləşin.
#3 Cinare 07.06.2014 23:22
Salam men artiq 32 heftelik hamilelik yasayiram 25 heftelik uzi muayinesinde usagin oglan oldugu hetda aparatda da gosterildi, ancaq 31 ci hefte uzide ise qiz oldugu ve yene aparatda bize gosterildi indi surpriz usaq gozleyirem sizde hansi dogrudur?
#4 Administrator 08.06.2014 15:05
Hamiləliyin müddəti artdıqca uşağın cinsini təyin etmək daha çətin olur.
Allah Sizə sağlam övlad versin!
#5 Leyli 05.07.2014 03:39
Salam men 14 heftelik hamileyem ancaq gozumde astiqmatizm var. Kecen il goz hekimim tebii doguwa icaze vermediyini dedi. Keyseriyye ile nece uwaq dunyaya getirmel mumkundur?
#6 Administrator 05.07.2014 10:51
Adətən 1-3 əməliyyat keçirilir. Bu qadının səhhətindən və s. amillətdən alılıdır.

loading...
.

HƏKİMLƏR

Rauf Rzayev

Rauf Rzayev

Andrologiya

Uroloq-androloq İş stajı - 22 il

Ətraflı...
Araz Salmanov

Araz Salmanov

Plastik cərrahiyyə

Plastik, Rekonstruktiv və Estetik cərrah, uzman İş stajı - 17 il

Ətraflı...
Vüsal Cəfərov

Vüsal Cəfərov

Uşaq cərrahiyyəsi

Uşaq cərrahı, uşaq uroloqu

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика