Həkim axtarışı | Məhsul və xidmət | Facebook | Twitter | Youtube | Instagram | Ozdorovye.com | Reklam
Bu kontrasepsiya (hamiləlikdən qorunma) üsulu ginekologiyada kifayət qədər dəqiq sayılır. Ginekoloqlar onun dəqiqəliyini 80%-dən yuxarı qiymətləndirir.
Lakin nəzərə lamaq lazımdır ki, bu üsul tam sağlam - hormonla pozulmaları və cinsiyyət sistemi iltihabları olmayan - qadınlara uyğundur.
Metod tam ziyansız və asandır.
Uşaqlıq boynu seliyi metodun mənası
Uşaqlıq boynu menstrual dövr ərzində müxtəlif miqdarda və qatılıqda selik ifraz edir. Bu normal haldır və bu selik yumurtalıqlarda gedən prosesləri (yumurta hüceyrəsinin yetişməsi, ovulyasiya, menstruasiyanın yaxınlaşması) əks etdirir.
Uşaqlıq boynu seliyinin göstəricilərini qiymətləndirərək ən "təhlükəli" (hamiləliyin ehtimalı baxımından) günləri təyin etmək mümkündür.
Menstruasiyadan dərhal sonra uşaqlıq boynu seliyi, demək olar, ifraz olunmur. Bu ən təhlükəsiz dövr sayılır.
Daha sonra ifrazatlar artır, qatı, yapışqanlı olur.
Ovulyasiyaya yaxın və ovulyasiya dövründə ifrazatlar kəskin çoxalır, qadın özünün tez-tez "nəm" hiss edir. İfrazatlar şəffaf olur, yumurtanın ağına bənzəyir, barmaqların arasında sıxdıqda asanlıqla uzanır (bax şəkilə).
Bu ən təhlükəli dövrdür.
Ovulyasiya qurtardıqdan sonra ifrazatlar tədricən qatılaşır, yapışqanlı olur. Daha sonra menstruasiyaya yaxın ifrazatlar, demək olar, yox olur.
Sağlam qida 22-04-2018 /53
XƏBƏRLƏR 22-04-2018 /121
Sinir sistemi 22-04-2018 /29
Sinir sistemi 22-04-2018 /211
Faydalı məlumat 21-04-2018 /341
Faydalı məlumat 21-04-2018 /509
Psixologiya 21-04-2018 /232
Həzm orqanları 21-04-2018 /808
20-04-2018 /8185
20-04-2018 /816
21-04-2018 /808
20-04-2018 /780
20-04-2018 /620
09-04-2018 /10649
02-04-2018 /8881
08-04-2018 /8697
20-04-2018 /8185
12-04-2018 /8020