Müxtəlif atalardan... əkiz uşaqlar

Vyetnamda çox nadir hadısə qeydə alınıb. Aparılmış genetik analiz göstərib ki, bir ailədə doğulmuş əkizlər... müxtəlif atalardandır.

Xarici mətbuatın məlumatına görə, Xanoy şəhərində yerləşən Genetik analiz mərkəzinə bir kişi müraciət edib. Kişinin sözlərinə görə, bir müddət əvvəl onun həyat yoldaşı əkiz uşaqları dünyaya gətirib. Kişinin qohumları uşaqlardan birinin atasına oxşamadığına görə iddia edirdilər ki, əkizlərdən biri  "başqa atadandır".

Aparılmış genetik analiz göstərib ki, hər ikisinin anası bu kişinin həyat yoldaşıdır. Lakin, analizlərin nəticələrinə görə, kişi yalnız uşaqlardan birinin bioloji atasıdır.

Bu hala çox nadir rast gəlinir. Bu yalnız 1 menstrual dövr ərzində qadının orqanizmində 2 və bundan artıq yumurta hüceyrəsinin yetişməsi və qadının qısa bir müddət ərzində müxtəlif kişilərlə cinsi əlaqədə olması zamanı mümkündür. Bu zaman yetişmiş yumurta hüceyrələri müxtəlif kişilərin sperması ilə mayalana bilər.

Dünyada yalnız 10 belə hadisə qeydə alınıb.

Saglamolun.Az