Загрузка...

Hamiləlik dövründə qəbizlik

Həkimlərin müşahidələrinə əsasən, hamiləlik dövründə qadınların 1/3 hissəsində qəbizlik qeyd edilir.

Hamilə qadınların orqanizmində baş verən hormonal dəyişikliklər, o cümlədən progesteronun səviyyəsinin artması bağırsaqların peristaltikasının (bağırsaqların yığılması prosesidir ki, bunun da nəticəsində nəcis kütlələri xaric edilmək üçün anal dəliyə doğru hərəkət etdirilir) azalmasına səbəb olur.

Bundan başqa ölçüləri böyümüş olan uşaqlıq da bağırsaqlara təzyiq edərək onun normal fəaliyyətinə maneçilik törədir. Hamiləlik dövründə qəbizliyin baş verməsinə səbəb olan digər faktorlar: əksər hallarda qadınlarda qeyd edilən anemiyaya görə onlara təyin olunan dəmir preparatları; qeyri-düzgün qidalanma; hamilə qadınların az hərəkətli həyat tərzi.

Qəbizlik hamiləliyin gedişinə təhlükə yarada bilər. Belə ki, defekasiya zamanı qadın gücənməyə məcbur olur və bu zaman uşaqlığın tonusunu da artır. Nəticədə bu  hamiləliyin pozulmasına təhlükə yarada bilər. Bundan başqa hamiləlik dövründə qəbizliyin baş verməsi, qadınlarda babasil və düz bağırsaqda çatların əmələ gəlməsinə də səbəb ola bilər. Bu patoloji proseslərin hər biri defekasiya aktının daha da çətinləşməsi ilə nəticələnir.

Hamiləlik dövründə olan qəbizliklərin profilaktikası və onların müalicəsi üçün yağlı, qızardılmış qidalar, ağ çörək və ağ undan hazırlanan məhsullardan, tünd çay və kofe, şokolad, düyü, manna yarması, nar, heyva kimi məhsulların qəbul edilməsindən imtina etmək lazımdır. Qəbizliklərin profilaktikası üçün hər səhər yatağınızdan durduqdan sonra, otaq temperaturunda olmaqla bir stəkan su içmək (yaxşı olar ki, təmiz və qaynadılmamış) məsləhət görülür. Hamiləlik dövründə qəbizliklərin qarşısını almaq üçün qida rasionuna aşağıdakı qidaların daxil edilməsi də vacib hesab olunur:

- bağırsaqların hərəkət funksiyasını stimullaşdıran qida maddələri – qara gavalı və əncir qurusu, çuğundur, bitki yağları (salatlara əlavə edin, yeməkləri bişirin), təzə hazırlanmış meyvə-tərəvəz şirələri;

- nəcis kütləsini artıran məhsullar - buğda kəpəyi (onu istənilən yeməklərə, salatlara  əlavə etmək olar), çiy və bişirilmiş tərəvəzlər;

- tərkibində bifidobakterilər olan məhsullar – bioyoqurtlar, biokefirlər.

Qida rasionundakı bu vacib məsələlərdən savayı, bağırsaqların yaxşı işləməsi üçün hamilə qadınlar həmçinin gün ərzində kifayət qədər maye içməli, mümkün qədər çox hərəkət etməlidirlər (təmiz havada gəzmək, bədən tərbiyəsi hərəkətləri ilə məşğul olmaq və s.).

Hamiləliyin 1-ci yarısında (20-ci həftəsinədək) qadınlar gün ərzində 2-2,5 litr maye qəbul etməlidirlər. Hamiləliyin 20-ci həftəsindən sonra qadınlarda qan dövranının sürəti 40% artdığı üçün gün ərzində qəbul edilən mayenin miqdarı 1,5 litrədək  məhdudlaşdırılmalıdır (sulu qidalar, tərəvəzlər və meyvələr də nəzərə alınmaqla).

Hamilələlik dövründə, müalicə həkimi ilə məsləhətləşmədən, heç bir halda işlədici dərmanlar və hətta ot dəmləmələri qəbul etmək, həmcinin imalə etmək də olmaz! Bunlar çox təhlükəli olub, son nəticədə uşaqsalmaya səbəb ola bilər!


Saglamolun.Az

.
Загрузка...
.

Şərhlər  

#15 ULVIYYE 01.12.2014 17:55
Salam hekim.menim axirinci mensturasiyam oktyabrin 21i olub.25i ise aile heyati qurmusam.indi hamileyem.bilme y isterdimki nece hefdeliy hamileyem?
#16 Administrator 02.12.2014 05:31
Bu linkə keçib ginekoloqa sual verin: http://saglamolun.az/index.php/ginekologiya/1410-firuze-ceferzade.html

Загрузка...

SON YAZILAR

Яндекс.Метрика