Загрузка...

Hamilələrə tövsiyə: Uşaqsalmanın qarşısını almaq üçün yan üstə yatın

Alimlər uşaqsalmanın qarşısını almaq üçün hamilə qadınlara, hamiləliyin son 3 ayında yan üstə yatmaqlarını məsləhət görüb.

1000 qadın üzərində aparılan araşdırmanın nəticələrinə görə, hamiləliyin son 3 ayında kürəyi üstə yatmaq uşaqsalma ehtimalını iki dəfə artırır.

Milli.Az BBC-yə istinadən bildirir ki, British Journal of Obstetrics and Gynaecology jurnalında dərc edilən araşdırmada 735 doğum keçirən və 291 uşaqsalan qadın üzərində müşahidə aparılıb.

Bir qədər əvvəl Yeni Zelandiya və Avstraliyada keçirilən kiçik miqyaslı araşdırma zamanı da belə bir nəticə əldə edilmişdi.

Alimlərin fikrincə, ən mühüm amil, qadının yuxuya getdiyi vəziyyətdir.

Buna görə də, kürəyi üstə oyanan qadınların narahat olmasına ehtiyac yoxdur.

Araşdırma heyətinin başçısı Manchester St. Mary Xəstəxanasının Ölü Doğulmalar Araşdırma Mərkəzinin professoru Alexander Heazell gün ərzindəki qısa müddətli yuxu zamanı belə hamilə qadınlara yan üstə yatmağı tövsiyə edir: "Qadınlar yan üstə yuxuya getdikdən sonra kürəyi üstə oyanırsa "Aman, körpəmə çox pis bir şey etdim" deyə narahat olmalarına ehtiyac yoxdur".

"Araşdırmada iştirak edən qadınların gecə boyu hansı vəziyyətdə yatdıqlarını deyil, hansı vəziyyətdə yuxuya getdiklərini nəzərdən keçirdik. Yuxu zamanı ən çox vaxt ilk vəziyyətdə keçirildiyi üçün ən əhəmiyyətli vəziyyət də odur".

"Hansı vəziyyətdə oyandığınızı dəyişdirə bilməzsiniz, amma hansı vəziyyətdə yuxuya getdiyinizi dəyişdirə bilərsiniz."

Britaniyada hər 225 hamiləlikdən biri uşaqsalma ilə nəticələnir. Alimlərin fikrincə, bu məsləhətlərə əməl etməklə ümumilikdə ölkədə 130 körpənin həyatını xilas etmək olar.

Yan üstə yatmaq üçün məsləhətlər

Arxanıza bir yastıq qoyaraq yuxuda olan zaman dönmək ehtimalını azaldın.

Gecə oyansanız vəziyyətinizi nəzərdən keçirin və yan üstə yatın.

Gündüz yatan zaman da bu qaydalara diqqət yetirin.

Gecə kürəyi üstə oyansanız təşvişə düşməyin, yan tərəfə dönməyiniz kifayətdir.

Araşdırmaya görə, sağa və ya sola doğru yatmaq arasında heç bir fərq yoxdur.

Alimlər kürəyi üstə yatmağın niyə uşaqsalma riskini artırdığı barədə dəqiq məlumatlar əldə etməyib.

Lakin kürəyi üstə yatan zaman körpələrin ağırlığını ananın bədəninə salması səbəbiylə damarlardakı qan dövranının və dolayısı ilə körpəyə oksigenin axınının azaldığını göstərən çoxlu sayda məlumatlar var.

Araşdırmanı dərc etmiş jurnalın nümayəndəsi Edward Morris bunun çox faydalı bir tədqiqat olduğunu hesab edir.

"Bu çox əhəmiyyətli araşdırmadır. Çünki qadınların uşaqsalma ehtimalının azalmasına imkan verir".


Saglamolun.Az

.
Загрузка...
.

.

HƏKİMLƏR

Aynur Səfiyeva

Aynur Səfiyeva

Proktologiya

Ümumi cərrah, kolorektal cərrahiyyə üzrə mütəxəssis Avropa Koloproktoloji Assosiasiyasının ilk milli...

Ətraflı...
Emin Yaqubov

Emin Yaqubov

Neyrocərrahiyyə

Neyrocərrah İş stajı - 12 il

Ətraflı...
Araz Salmanov

Araz Salmanov

Plastik cərrahiyyə

Plastik, Rekonstruktiv və Estetik cərrah, uzman İş stajı - 17 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика