Ovulyasiya gününün hesablanması - kalkulyator

Ovulyasiya günü hamiləliyin baş tutması üçün ən münasib gün sayılır. Ovulyasiya zamanı bir və ya bir neçə yumurta hüceyrəsi yumurtalıqdan çıxaraq uşaqlıq borusuna  düşür.

Əgər bu zaman burada spermatozoidlər olarsa, mayalanma baş verə bilər.

Yumurta hüceyrəsindən fərqli olaraq spermatozoidlər qadının cinsiyyət yollarında 3-5 (kişi cavan və sağlamdırsa, hətta 7 gün) mayalanma üçün hazır vəziyyətdə qala bilirlər. Beləliklə, ovulyasiyadan əvvəl 1-5 gün və ovulyasiya günü hamiləlik üçün ən münasib günlər sayılır.

Bu kalkulyator ovulyasiya günü və mayalanma üçün ən münasib günləri təyin etmək üçün nəzərdə tutulub.

Təbii ki, bu kalkulyatorun köməyi ilə aldığınız nəticələr nisbidir. Bəzi menstrual dövrlərdə ovulyasiya bir qədər tez, bəzilərində isə bir qədər gec baş verə bilər. Buna stress, xəstəlik, iqlimin dəyişilməsi və s. təsir edə bilər. Bəzi menstrual dövrlərdə hətta sağlam qadınlarda ovulyasiya baş verməyə bilər. Belə menstrual dövrləri "anovulyator" adlandırırlar.

Bundan əlavə ovulyasiyanın baş verməsi mayalanmaya və gələcəkdə hamiləliyin inkişafına 100% zəmanət vermir. Bəzi hallarda hətta sağlam qadınlarda mayalanmadan sonra uşaqlıq boşluğuna düşən embrion uşaqlığın divarına implantasiya etmir və burada məhv olaraq menstruasiya zamanı qanla orqanizmdən xaric olunur (əksər hallarda qadın bunu bilmir).

 

Ovulyasiya və mayalanma üçün ən münasib günlərin kalkulyatoru:

Axırıncı menstruasiyanın birinci günü:
Menstrual dövr: gün

 

 


Saglamolun.Az

.
Загрузка...
.

.

Яндекс.Метрика