Загрузка...

Endokrinoloq: Zobu başlı-başına buraxmayın. Ağır fəsadlar verir!

Doktor Qüdrət Qəhrəmanov “Zob”un simptomlarından danışıb. Modern.az-ın məlumatına görə, həkim aşağıdakı əlamətləri olanlara məsləhət verib.

- Boğaz uru (adi insanlar ona “zob” deyirlər) ilk mərhələdə özünü büruzə vermədiyinə görə xəstə uzun müddət heç bir narahatlıq hiss etmir və həkimə də müraciət etmir.

Xəstəlik inkişaf etdikcə, qalxanvari vəzi böyüyərək nəzərə çarpır (boğazın ön səthinin yoğunlaşması, şişkinliyi), ətrafda yerləşən orqanlara (nəfəs yolu, qida borusu, damarlar və sinirlərə) təzyiq edir və bu da xəstələrin müəyyən şikayətlərinə səbəb olur. Belə ki, traxeya (nəfəs yolu) və qırtlağın sıxılması zamanı xəstədə tənəffüsün çətinləşməsi, səsin tutğunluğu, davamlı quru öskürək, qəhər hissi, boğulma tutmaları (xüsusən də bədənin vəziyyətini dəyişəndə) qeyd olunur. Qida borusunun sıxılması udmanın çətinlşməsinə, boyun nahiyəsində damarların sıxılması isə əyilmə zamanı başda gərginlik hissi, başgicəllənməsinə gətirib çıxarır. Bu əlamətlər boğaz urunun bütün növləri üçün eynidir.

Bundan əlavə, boğaz urunun növündən asılı olaraq xəstədə digər simptomlar da meydana çıxır.

Endemik ura xas olan hipotireoz (tireoid hormonlarının azlığı) özünü aşağıdakı əlamətlərlə büruzə verir:

- tez-tez baş verən soyuqdəymələr, KRVİ (kəskin respirator, yəni tənəffüs yollarının virus infeksiyaları), bronxit və hətta sətəlcəm;

- arterial təzyiqin azalması (hipotoniya), ürək nahiyəsində ağrılar, fiziki iş zamanı təngnəfəslik;

- iştahasızlıq, ürəkbulanma, qarın köpü (bağırsaq qazlarının artması);

- gündüz süstlük, gecə isə yuxusuzluq, hafizənin zəifləməsi, əsəbilik, depressiya (ruh düşkünlüyü);

- dərinin quruluğu, saçların tökülməsi, bədən temperaturunun azalması;

- iştahasızlıq fonunda çəkinin artması (ödemlər hesabına), xəstənin sifətinin ifadəsiz və şişkin olması;

- uşaqlarda – fiziki və əqli gerilik;

- kişilərdə - cinsi zəiflik və seksual həvəsin azalması, qadınlarda menstrual siklin (aybaşıların) pozulması.

Hipotireoz – sonsuzluq və uşaq salmanın ən çox yayılmış səbəblərindən biridir.

Diffuz və ya düyünlü toksiki ur isə bu nahiyədə ağrılardan əlavə həm də hipertireoz (tireoid hormonların artıqlığı) əlamətləri ilə seçilir:

- nəbzin surətlənməsi və güclənməsi, aritmiya (ürək ritmi pozulması), ürək nahyəsində ağrı, təngnəfəslik;

- qıcıqlanma, əsəbilik, əhvalın dəyişkənliyi, yuxusuzluq, diqqət və hafizənin zəifləməsi;

- kişilərdə - potensiyanın zəifləməsi (cinsi zəiflik), qadınlarda – çox vaxt aybaşı olmaması;

- daima aclıq fonunda çəkinin azalması;

- uzun müddət davam edən hərarət (37,5 – 38 oC dək);

- quru və isti dəri;

- bərəlmiş gözlər;

- əllərin əsməsi.

Boğaz urunun istənilən növünün əlamətlərindən hər hansını özünüzdə müşahidə edirsinizsə, vaxt itirmədən həkim-endokrinoloqa müraciət edin. Xəstəliyi başlı-başına buraxmayın və həkimin tövsiyyələrinə ciddi riayət edin, təyin edilmiş dərman preparatlarını vaxtında və düzgün qəbul edin!
Unutmayın ki, boğaz urunun fəsadları insanın səhhəti və həyatı üçün çox təhlükəli ola bilər – sonsuzluq, uşaqsalma, miokard infarktı, insult, kəskin böyrək çatışmazlığı, tireotoksik kriz nəticəsində komatoz vəziyyət.


Saglamolun.Az

.
Загрузка...
.

Загрузка...

HƏKİMLƏR

Cəmil İskəndərov

Cəmil İskəndərov

Neyrocərrahiyyə

Neyrocərrah İş stajı - 13 il

Ətraflı...
Araz Salmanov

Araz Salmanov

Plastik cərrahiyyə

Plastik, Rekonstruktiv və Estetik cərrah, uzman İş stajı - 17 il

Ətraflı...
Tərlan Qasımov

Tərlan Qasımov

Qastroenterologiya

Qastroenteroloq-İnvaziv Endoskopist İş stajı -8 il

Ətraflı...

SON YAZILAR

Яндекс.Метрика