Ev şəraitində dişlərin sarıköklə ağardılması - VİDEO

Ev şəraitində dişləri müxtəlif üsullarla ağartmaq mümkündür.

Bunun üçün duz, soda, limon, hidrogen peroksid ("perekis"), banan qabığı və s. istifadə olunur.

Bu vasitələrin bəziləri diş emalına ziyan vura, dişlərin həssaslığını artıra bilər. Bunu nəzərə alaraq Sağlamolun.az sizə dişlərin ağardılması üçün ən ziyansız və effektli üsul təqdim edir.

1 çay qaşığı təbii sarıkök və 1 xörək qaşığı zeytun yağını götürüb yaxşı qarışdırın.

Sonra qarışığı fırça ilə dişlərə çəkin, 3 dəqiqədən sonra ağzınızı yaxalayıb adi diş məcunu ilə təmizləyin.

Sarıköklə zeytun yağının qarışığı həmçinin ağız boşluğunda mikrobları öldürür, iltihabla mübarizə aparmağa yardım edir, kiçik yara və xoraları sağaldır, damaqları möhkəmləndirir.

Saglamolun.Az