Pullu dəmrov xəstəliyinin yaranma səbəbi və müalicəsi

Pullu dəmrov xəstəliyi (Psoriaz xəstəliyi) tez-tez rast gəlinən müəyyən fasilələrlə artıb-azalma göstərən, uzun müddət xroniki davam edən bir dəri xəstəliyidir. Ən sıx görülən Vulgar Psoriazis Sadə tipinde sağlam dəridən kəskin sərhədlə seçilən, üzəri gümüşü ağ rəngli kəpəklə örtülü papulalar meydana gəlir. En sıx görülən bölgələr diz, dirsek, etrafların açıcı səthləri və basin tüklü hissəsiolmaqla hər yerdə meydana gələ bilər. Bundan başqa artropatik, palmoplantar, guttat, püstülyoz və eritrodermik klinik variyantlarla da qarşımıza çıxa bilər.

Xəstəliyin görülmə sıxlığı nədir?

Amerika ve Avropada təxmini olaraq hər 100 adamdan 2-sində, Afrika ve Asya ölkələrində hər 100-200 adamdan 1-ində görülməktədir.

Psoriyaz xəstəliyi hansı yaşlarda görülür?

İstənilən yaşda ortaya çıxa bilən psoriyaz xəstəliyi ən sıx 15-35 yaşlar arasında başlayır.Kişilər və qadınlar arasında eyni sayda xəstəlik mövcuddur.

Psoriyaz xəstəliyinin səbəbləri nələrdir? Kimlərdə görülür?

Xəstəliyin səbəbi tam olaraq bilinmir və bu istiqamətdə araşdırmalar davam edir. Xəstəliyin immun sistem, genetik ve digər faktorlarının birgə təsiri nəticəsində ortaya çıxdığı düşünülür.Bundan əlavə sinir sisteminin və ətraf mühitin yaşam tərzinin də provakasiya edici rolu var.

İmmun sisteminin əsas hüceyrələrindən olan T hüceyrələri qan damarları yoluyla dəriyə gəlib dərinin ən üst qatı olan epidermis təbəqəsini formalaşdıran keratinosit adlı hüceyrələrin daha sürətli çoxalmasına yol açır.
Epidermis normalda öz-özünü 1 ayda yenilərkən, bu müddət psoriyaz xəstəliyində 3-5 günə azalır. Bu da dəridə pullanma ile nəticələnir. Fəqət immun sistemi ve T hüceyrələrini nəyin hərəkətə keçirdiyi bilinmir. Xəstəliyin yaranmasında çox sayda genin rolu olduğu düşünülür. Psoriazisli xəstələrin yaxın qohumlarında xəstəliyin sıx görülməsi genetik ötürücülüyün rolunu bir daha təsdiq edir.

Müxtəlif çevrə faktorlarının;

streptokokların səbəb olduğu boğaz infeksiyaları;

bəzi dərmanlar (sistemik steroid, antimalaryallar, litiyum, beta-blokatorlar,interferon, ağrıkəsicilər);

stress,sıxıntı;

qaşıma, hamamda kisələmə gibi fiziki travmalar ve s.

təsiriylə xəstəliyin başladığı və ya şiddətləndiği düşünülür.

Günəş işığının psoriyazis xəstələrinə təsiri

Xəstələrin çoxunda günəş şüalarına orta dərəcədə məruz qalmaq xəstəliyin əlamətlərini azaldır.Bu günəş şüalarının tərkibindəki ultrabənövşəyi şüaların müalicəvi təsiri ilə bağlıdır. Bu səbəbdən yay aylarında yaxşılaşma görülür. Ancaq həddən artıq günəşlənmə, günəş yanıqları xəstəliyi şiddətləndirə bilər.

Psoriyaz xəstəliyi yoluxucu bir xəstəlikdirmi?

Psoriyaz xəstəliyi yoluxucu bir xəstəlik deyildir.

Oynaqların psoriyazis xəstəliyi (Artropatik Psoriasis)

Hər 10 psoriyazis xəstəsindən təxminən 2-sində ortaya çıxır. Sıxlıqla 40 yaşlarında görülür. Şikayətlər tək bir oynaqda və ya eyni anda bir neçə oynaqda görülə bilər. Oynaqlarda ağrı,qızarıqlıq ve şişkinlik ortaya çıxır. Oynaq tutulumu görülən xəstələrdə, dırnak tutulumuna sıx rast gəlinir.

Psoriazisdə dırnaq dəyişiklikləri

Psoriazis xəstəliyində xəstələrin təxminən yarısında əl, hər 3 xəstədən 1-inde de ayaq dırnaqları tutulur. Dırnaq səthində çuxurlaşmalar (pitting) xəstəlik üçün tipikdir. Dırnağın yatağından ayrılması (onikoliz), dırnaqda sarımtıl rəng dəyişikliyi (yağ ləkəsi görünümü), dırnaqda distrofik pozğunluqlar ortaya çıxa bilər.

Psoriyaz xəstəliyinin gedişatı necədir?

Psoriyaz xəstəliyi hər xəstədə fərqli şəkildə irəliləyir. Əvvəldən prognozlaşdırıla bilməyən şiddətlənmələr və yaxşılaşma dövrləri ilə uzun müddət davam edə bilər. Təxmini hər 3-4 xəstədən 1-ində xəstəlik tamamilə sağala bilər.

Psoriaz xəstəliyi başqa orqan xəstəliklərinə də səbəb olur?

Psoriyaz xəstələrində ürək-damar xəstəlikləri (hipertoniya, şəkər xəstəliyi, qan yağlarında artma), obezite (şişmanlıq), iltihablı bağırsaq xəstəliklərinə daha sıx rast gəlinir.

Psoriaz xəstəliyinə diaqnoz necə qoyulur?

Xəstəliyin diaqnozu dermatoloq tərəfindən klinik müayinə sonucunda müəyyənləşdirilir. Bəzi hallarda başqa xəstəliklərdən ayırmaq üçün dəri biyopsiyasının histopatolojik incələməsinə ehtiyac ola bilər.

Psoriaz xəstəliyinin müalicəsi necədir?

Psoriyaz xəstəliyinin müalicəsində xəstəliyin yerləşdiyi bölgələrin genişliyi, oynaq patologiyasının olub olmaması, xəstəliyin həyat keyfiyyətini nə dərəcədə azaltdığı nəzərə alınmalıdır. Psoriyaz xəstəliyi uyğun müalicə ilə kontrol altına alınır ve uzun müddətli yaxşılaşma dövrləri təmin olunur. Öncəliklə psoriyaz xəstələri xəstəliyi şiddətləndirə biləcək faktorlardan qaçınmalıdırlar.
Psoriyaz xəstələrinin 80%-ində məhdud bölgələr tutulduğu üçün yerli müalicə kifayət edir. Bu məqsədlə istifadə olunan dərmanlar keratolitikler (dəri səthindəki kəpəkləri uzaqlaşdıran dərmanlar), kortikosteroidler, antralin, kalsipotriol (sintetik D vitamini), kalsinörin ingibitorlarıdır.

Geniş yayılmış tutulumu olanlarda istifadə olunan sistemik müalicələrin başında, metotreksat, siklosporin-A ve retinoidlər gəlməktədir. Bunlardan əlavə fototerapiya, infliksimab, adalimumab, etanersept kimi dərmanlar istifadə olunmaqdadır. Seçiləcək müalicənin şəkli, müddəti və dərmanların dozası dermatoloq tərəfindən müəyyənləşdirilir. Arzuolunan nəticə almaq üçün dermatoloqunuzun tövsiyələrinə düzgün riayət edin.

Psoriazda Fototerapiyanın rolu

Psoriazın müalıcəsində ən son effektiv və daha uzun müddətli remissiya alan müalicə metodlarından biri və sonuncusu Fototerapiyadır Bu zaman xəstəyin yayılma dərəcasindən asılı olaraq lokal və bütün bədənə işıq verilir Fototerapiyanı 7-65 yaş arası və digər əks göstərişi olmayan bütün xəstələr tətbiq etmək olar Bu zaman Xəstəyə UVB NARROWBAND Yəni Ultrabənövşəyi şüaların orqanızmə zərər vermiyən 311-315 nm diapazonunda olan şüalardan istifadə olunur. Xəstəliyin klinik növündən və ağırlıq dərəcəsindən asılı olaraq prosedurların sayı 16-56 arası dəyışə bilər.Xəstəliyin yerləşmə nahiyəsinə görə (başın tüklü hissəsi və.) müxtəlif növ aparatlardan istifadə olunur. Fototerapiya zamanı xəstələr daxilş və xaricə  heç bir derman vasıtələrindən istifadə etmirlər. Xəstəliyin gedışatından asılı olaraq praktikada 12 18 ay ərzində remissiya almaq mümkündür.

 

vitilgo 

 

Saglamolun.Az