Rusiyada 7,6 bal gücündə zəlzələ - VİDEO

Rusiyanın Saxalin vilayətində Rixter cədvəli ilə 7,6 bal gücündə zəlzələ baş verib.

Trend.az bildirir ki, yeraltı təkanlarla əlaqədar sunami həyəcanı elan olunub.

Severo-Kurilsk şəhərində 400-ə yaxın sakin təxliyə olunub. Bəzi tikililərdə dağıntılar qeydə alınıb.

Son məlumatlara əsasən, sunaminin bir neçə dalğası sahilə vurub. Onun ilkin hündürlüyü 50 santimetr olub. Növbəti dalğaların qısa müddətdə yaxınlaşması gözlənilir.

Saglamolun.Az

Youtube kanalımıza abunə olun ki, faydalı videolardan xəbəriniz olsun

loading...