Danışaraq gəlirlər, 2 saat sonra boğulub ölürlər - Həkimlər koronavirus xəstələrindən danışdı

Fransada koronavirus xəstələrini müalicə edən həkimlər pandemiya ilə bağlı sakinlərə xəbərdarlıq ediblər.

Publika.az xəbər verir ki, onlar bildiriblər ki, koronavirus insanın səhhətində 2 saat ərzində ciddi problemlər yarada bilir: "Virus sürətlə yayılır. Xəstələrin 35 faizi nəfəs aparatına bağlıdır. Xəstələr içəriyə danışaraq girirlər. 2 saat sonra boğulurlar. Lütfən evdən çıxmayın. Bu xəyal etməyəcəyiniz qədər ciddi məsələdir".

Həkimlərin sözlərinə görə, insanlar xəbərdarlıqlara məhəl qoymasa Fransada "fəlakət" yaşanacaq.

Qeyd edək ki, Fransada koronavirusdan 700-ə yaxın insan həyatını itirib.16 mindən çox insan virusa yoluxub.

Saglamolun.Az

Youtube kanalımıza abunə olun ki, faydalı videolardan xəbəriniz olsun

loading...